Hindistan və Çində 4G-nin əsaəsını LTE Tech təşkil edir


Çin və Hindistan dünyanın ən böyük telefon bazarlarından biridir. Hər ikisi Uzunmüddətli Təkamül Texnologiyası (LTE) əsasında Dördüncü Nəsil (4G) şəbəkəsini qurmağa çalışırlar, lakin bu gələn ilin sonlarına yaxın olacaq. Hələ ki, hər iki dövlət 3G servisindən istifadə edir.


Asiada LTE şəbəksindən ilk dəfə keçən ilin noyabr ayında Honq – Konqda istifadə olunmuşdur, Asia ölkələrindən yalnız Yaponiya və Sinqapur 4G şəbəkəsini istifadəçilərin xidmətinə vermişdir.


China Mobile, Reliance Industries and Bharti Airtel kimi şirkətlər gəlirlərini artıqmaq üçün mobil internet vasitəsilə ötürülən xəbərin sürətini daha da artırmağa çalışırlar.


4G şəbəkəsi : Hindistan və Çində


"Qiymət - optimizasiya strategiyası operatorların sayında tamamilə aydın şəkildə öz əksini tapır. Bu marjinalların təzyiq altında qaldığı sərt bir bazardır" - Nikol MakKormik, “Ovum” araşdırmalar firmasının baş analitiki Hong-Kong mobil konfransı çərçivəsində bu fikirləri bildirib.


Konfransın əsas mövzusu Dünyanın ən çox abonenti olan Chine Mobile və Çinin №2 telekommunikasiya avadanlığı düzələdən ZTE Corp – un LTE ilə əmakdaşlıq edə bilmələri üçün hansı təklifləri verə biləcəkləri olub.


Hindistan və Çin 3G – ni istifadəyə vermək üçün artıq son etaplara hazırlaşırdılar, lakin eyni zamanda 4G - ni istifadəyə vermək üçün də Qərb dövlətləri ilə əməkdaşlıq etmək istəyirdilər. Hər iki bazarın operatorları ABŞ və Avropada ən çox istifadə olunan FDD (Frequency Division Duplex) şəbəkəsi yerinə ondan bir qədər fərqli olan LTE - nin digər bir variantı olan TDD (Time Division Duplex) şəbəkəsini istifadə etməyi palnlaşdırır.


Goldman Sachs–ın analitiki Donald Lunun dediklərinə görə - TD-LTE mobil telefon bazarında böyük bir implus əldə edib və onların avadanlıqları 2010 – cu ildən 2016 – cı ilə kimi təqribən 98 milyarda dollara çatacaqdır. Ovum araşdırmalar firmasının proqnozlarına görə 2016 – cı ildə Asiya Pasifik zonasında LTE-nin istifadəçiləri 19%-ə kimi yüksələcəkdir.


"İphone"da itkilər


Çinin 4G-ni qəbul etməsinin əsas səbəbi, Apple Inc–in məhşur modeli olan “iPhone”la bir standartlara sığmayan 3G ilə mübarizə aparmaqdır.


“China Mobile”ın keçən ay dediyinə görə Apple TD-LTE–yə söz veribki “iPhone”nun çıxacaq yeni modelini ona uyğun bir şəkildə edəcəklər.


“Mobil internetin və smart–servisin məhşurlaşdığı bu zamanda məlumat istehlakçıları gözlə görünəcək şəkildə çoxalır...Belə bir vəziyyətdə daha LTE–nin kommersiyalaşdırılmasını daha da sürətləndirmək lazımdır” - China Mobile icraçı vitse-prezidenti Li Zhengmao bildirib.


Hindistanda bütün gözlər ölkənin ən qiymətli şirkəti olan Reliance Industries üzərindədir. Hindistanın 22 zonasındakı dövlət hərrracında yeganə qalib olan İnfotel Broadbandu almaqla telekommunikasiya sektoruna da möhtəşəm bir dəyişiklik etmişdir və bununla da artıq gələn il TD-LTE platform xidmətlərinin başlamağı gözlənilir.


Hindistanın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Reliance LTE istifadəsini ucuz edəcək. “Biz ümid edrik ki, bu ilin sonuna qədər hər hansısa bir kommersiya fəaliyyətinə başlaya biləcəyik” – Hindistan və Cənubi Asiya Sanjay Kapoor üçün LTE–ni istifadəyə vermək istəyən icraçı direktor Bharti Airtel.


“Australia's Telstra Corp”un bir hissəsi olan Hong Kong\'s CSL Ltd keçən ilin noyabr ayında 4G ni istifadəyə verən ilk Asia ölkəsidir, daha sonra isə dekabr ayında Yaponiyanın NTT DoCoMo Inc şirkəti 4G ni istfadəyə vermişdir.


Cənubi Koreyanın ən yaxşı mobil daşıyıcısı olan SK Telecom Co Ltd və kiçik rəqibi LG Uplus Corp iyul ayında ölkənin bəzi yerlərində kommersiya LTE servisinin istifadəsinə başlamışdır. SK Telecom – un bildirdiklərinə görə nəzərdə tutulmuş tarixdən daha tez gələn ilin aprel ayına kimi LTE şəbəkəsini bütün ölkə tərəfindən istifadə olunan ümumilli bir servis halına gətirəcəklərinə ümid edir.


3G istifadəçiləri hələ də azdır


Hindistan 3G xidmətini hələ bu il istifadəyə versə də, Çin artıq 2009 – cu ildən bunu istifadəyə verib. Bundan istifadə gözlənildiyindən daha az bir surətlə oldu və belə güman edilirki 4G istifadəçiləri daha aktiv olacaqlar. Çində 939.5 istifadəçinin yalnız 10% - i bundan istifadə edir. Hindistanda isə bu faiz daha aşağıdır, beləki 866 million abunəçinin yalnız 2%-i 3G xidmətindən istifadə edir.


“Bu bazarda 3G servisində istifadəçilərin birdən-birə sürətlə atrmasına çox var, lakin böyük addım olan 4G servisi uzaqda deyil” adını bildirmək istəməyən Honq Konq analitiki deyir.


LTE–nin qarşısında dayanan növbəti sədd isə buna uyğun olan smartfonların azlığıdır, lakin top menecerler bu ərəfədə smartfonların buraxılışının artacağına inanırlar.


“Ola bilər ki gələn il HTC Corp və Samsung Electronics Co Ltd kimi əsas smartfon istehsalçıları LTE-nin istifadəsini dəstəkləyən smartfonlar istehsal edeəckələr”–bu fikri analitik Goldman Donald Lu konfransda bildirmişdir.


Apple iPhone 5 necə olacaq?


Çoxdan gözlənilən iPhone 5 2012-ci ilin mart ayında istifadəyə veriləcək. Bir çox sənaye müşahidəçilərinin fikrinə görə Apple 2011-ci ilin sonunda iki yeni model istifadəyə verməli idi, lakin o yalnız 4S–i istifadəyə verdi. iPhone 4S–in rekord dərəcədə alınmasına görə Apple çoxlarının Stiv Jobsun sonuncu proyekti adlandırdığı iPhone 5-i istifadəyə verməyə hazırlaşır. Ən yeni məlumatlara görə Apple iPhone 5-i ya 2012-ci ilin mart ayında, ya da payızda istifadəyə verəcək.


“The Daily Mail”in yazdığınaə görə iPhone 5 digərlərinə nisbətən daha böyük və daha başqa bir formada olacaq. Yazılı məlumatlara görə, Apple artıq yeni iPhone 5 üçün prototipləri qəbul edib və yeni məhuslun ekranı Sony və Hitcahci tərəfindən hazırlanacaq. Əgər bu 2012 ci ilin mart ayına kimi hazırlanıb qurtarmasa, o zaman ya yay ayında,ya da payızın sonlarında istifadəyə veriləcəkdir. Ammma hər halda artıq onun 2012–ci ildə istifadəyə veriləcəyi gözlənilir.


Ekspertlərin rəyinə görə bu əvvəlki modellərdən həm görünüşünə, həm də funksiyalarına görə fərlənəcək. Yeni iPhone 5 LTE 4G və NFC (near-field communication) imkanlarına malik olacaq, həmçinin də digərləri ilə müqaisədə daha nazik olacaq. Oktyabır ayında dünyasını dəyişən “Apple”in təsəsçisi və uzun müddətli baş direktoru Jobs, ölümüdən qabaq bildrimişdi ki, iPhone 5-in üzərində özünün ən yeni innovasiyasını həyata keçirməyə hazırlaşır.


PC Magazine jurnalının verdiyi məlumata görə Jobsun ölümündən əvvəl təqaüdə çıxdığı zaman onun işlərini öz üzərinə götürən Apple şirkətinin yeni baş direktoru Tim Kuk, Yaponiyada “iPhone”nu istifadəyə verən Softbank Capita – in baş direktoru Masayoshi Son ilə görüşdə olmuşdur, lakin Kukun telefonu zəng çalmış və o görüşdən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Bu iPhone 4S-in elanı günü olmuşdur. Səbəb kimi isə O bildirib ki, Stiv onu çağırır və növtəti məhsul haqqında danışmaq istəyir. Və növbəti gün də Stiv Jobs dünyasını dəyişidi.


Jobsun dedikllərinə görə yeni modeldə yeni dizayn, yeni funksiyalar və daha böyük ekran olacaq. Əlavə olaraq güvənilən mənbələrin bildirdikləri məlumata görə o, çox nazik bir model olacaq. Bu Stiv Jobsun vaxtını sərf etidyi ən böyük proyektlərdən biri idi.