WhatsApp kanallarında sorğu funksiyasının olacağı məlum olub. Yeni funksiya həm iOS, həm də Android-in beta versiyalarında tətbiq olunacaq. Xüsusiyyətin stabil versiyaya nə vaxt gələcəyi bəlli deyil.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp yeni funksiyası üzərində işləməyə davam edir. Tətbiqin 24.1.10.76 kodlu iOS beta versiyasında və 2.24.2.11 kodlu Android beta versiyasında mövcud olan yeni xüsusiyyət kanal menecerlərinə yeni bir ünsiyyət üsulu təqdim edəcək.


WhatsApp artıq uzun müddətdir ki, sorğu funksiyasına malikdir. İstifadəçilər qruplarda və ya fərdi söhbətlərdə sorğular yarada bilərlər. Ən son beta versiyalarında təsbit edilən yeni xüsusiyyət, anket xüsusiyyətinin də kanallara gələcəyini ortaya qoyur. Hələ sınaq mərhələsində olan xüsusiyyət, görünür, yaxın gələcəkdə stabil versiyalara çatacaq.