Avropada 2011-ci ilin ən məhşur peşələri
1. Biotibbi mühəndis
10 illik artım: 72%
Orta ödəmə: $ 76.000
Çox texniki iş olmasına baxmayaraq, biotibbi mühəndislərin cəmiyyətə müsbət təsir etmə şanları çoxdur. Məsələn, Medtronik şirkətində biotibbi mühəndislər diabet, ürək xəstəlikləri və s. xəstəliklərdən əziyyət çəkən xəstələrə köməklik göstərmək üçün yeni metodiklar axtarırlar. İlk batareya ilə işləyən kardiostimulyatoru icad edən Minneapolis şirkətində iş tapmaq üçün onların tərcümeyi halları labaratoriyadakı vaxtlarından daha vacibdir.
“Bu cəmiyyət xəstələrə ruh yüksəkliyi verməyə marağı olan bir cəmiyyətdir” - Medtronik şirkətinin innovasiyalar üzrəvitse-prezidenti Mike Hess – “Xəstəxanalarda könüllü şəkildə fəaliyyət göstərmək istəyən namizədlər var. Bu mənə həqiqətən deyir ki, onlar cəmiyyətə səmimi qəlbdən kömək etmək istəyirlər. Bu cür təcürbə sizin təcrübənizin inkişaf etməsinə daha çox kömək edəcək,nəinki hansısa bir kitabdan oxuduqlarınız”.
2. Telekommunikasiya şəbəkəsi mühəndisi
10 illik artım: 53%
Orta ödəmə: $87,000
Böyük şəbəkələri - xüsusilə də telefondaki səs, məlumat və simsiz sabitliyi idarə etmək bacarığı getdikcə daha da artır. Bu əsasən U.S. Navy və Marine Corp internet şəbəkəsinə zəncirvari bağlı olan Harris Corp., Melbourne kimi rabitə və nüfuzu böyük olan kompaniyaların hüququdur.
İstifadəçilərinin sayı 700.000 – dən aşağı düşməyən Harris şirkətinin işçiləri şəbəkəni daim işlək tutmaq üçün həftə sonu və gecə saatlarında da iş başında olurlar. “Bu saat 9-dan 5-ə kimi olan standart işlərdən deyil. Bu sahədə işləmək istəyən hər kəs texnolgiyanı həqiqətən çox sevməlidir”- kommunikasiya təmin edən sahənin direktoru Michael Higgins.
3. Həkim köməkçisi
10 illik artım: 39%
Orta ödəmə: $92,000
Səhiyyə xərclərini azaltmağa ehtiyac olduğu üçün, həkim köməkçilərinin işi daha da artmağa başlamışdır. Çünki onlar eyni maaş üçün mübarizə aparmırlar və ya eyni təhsilə ehtiyacları olmadığı halda onlar da cərrahlar və həkimlər kimi xətəyə qulluq edə bilir və hətta ona diaqnoz belə qoymağı bacarırlar. Onlar həkimin otağında xəstənin atəşini ölçən işçilər deyil, həmin işçilər asistentlərdir.
“Biz çox yüksən insanlıq keyfiyyətlərinə malik olan insanlar axtarırıq, çünki onlar xəstə insanların qayğısına qalacaqlar. Siz bu işi yaxşı görmək üçün olan bütün tələblərə cavab verə bilməsliniz. Bizim həkimlər gündə 20 saat, həftədə 7 gün işləyirlər. Biz bəzi işçilərimizlə məhz bu qrafika uymadıqları üçün yollarmızı ayırmışıq.“ - Lake Zurich (Lake Zurichin prezidenti)
4. Proqram təchizatçısı memarı
10 illik artım: 34%
Orta ödəmə: $119,000
Echo Nest Proqram təchizatçısı memarı yalnızca musiqi məlumatlarını təhlil etməli və yaddaşda saxlamamalıdırlar, həmçinin də onların mahnının təbiətini onlayn vəziyytdə dəyişmək üçün sehrli barmaqları olmalıdır.
Hələ MIT Media Lab.-da tələbə olduğu zamanlarda musiqi axtarış şirkətində işləməyə başlayan baş menecer Jim Luccheseynzin sözlərinə görə “Siz Vitse prezidentin əvvəllər nə etdiyini axtarmamalısınız, çünki o mövcud deyil”.
Mühəndislik təcrübəsi ilə yanaşı, Lucchese bu iş üçün elə insanlar axtarır ki, öz işlərinin vurğunu olsunlar və bir də cəmiyyətin hansı musiqi təlabatı olduqlarından xəbərləri olsun.
“Bizim işçilərin 50%-i həm də musiqiçidir” – deyə zərb alətlərində ifa edən Lucchese qeyd edib.
5. Ətraf mühit mühəndisi
10 illik artım: 31%
Orta ödəmə: $81,000
Ətraf mühit mühəndisliyi sahəsində işləyən insanlar həm bu sahəyə lazım olan müəyyən elementləri və bu sahə üçün lazım olan müəyyən riayazi bilikləri bilməlidirlər.
39 ölkədə 137 ofisi olan Londonun əsas şirkətlərindən bir olan Ekoloji Aktivlərin İdarə Edilməsi (Environmental Assets Management) şirkətində başlanğıc səviyədən başlayaraq bataqlıqlar üzrə ekspert olan üst səviyyə ekoloqlarına kimi işçilər var.
“Biz həddən artıq ağıllı birini istəmirik, biz həmçinin də yüksək insani keyfiyyətlərə malik olan insanlarla birgə işləmək istəyirik. Biz bu gün bu sahədə möhtəşəm iş təcrübəsi olan birini işə götürmüşük və o həmçinin də kiçik liqada futbol oynamış biridir”. - Scott Yanover.
6. Fiziki terapevt
10 illik artım: 30%
Orta ödəmə: $75.000%
Xəstələri sağalacağına, özlərini yaxşı hiss etmələrinə inandırmaq üçün fiziki terapevtin üzərinə çox böyük bir məsuliyyət düşür. Bu cür mütəxəssislər hər yaşda olan xəstlərlə işləyirlər və onların xəstəlikərini sağaltmağa çalışırlar.
Bu işdə işləyən hər bir kəsin əsasən qarşısındakı xəstəni hər hansısa travmadan və ya xəstəlikdən qurtarmaq üçün əsasən 170 ədəd açılışı olur.
Minumum tələb bakalavr dərcəsi, həkim məsləhət məktubu və lisenziyadır.
“Mən həkim deyiləm, mən bu iş üçün gələn kiminləsə danışanda ona diqqətlə baxıram və onun bu işi nə dərəcədə istəməsini danışığından anlamaq istəyirəm. Mənim işə götürdüyün insan mənə başa salmalıdır ki, sonuncu xəstə ilə müalicəsindən nə qədər zövq alıb və onu nə qədər tez sağalatmağa nail olub“ - məşğulluq və insan resursları direktoru Linda Black..
7. Məşğulluq agenti
10 illik artım: 28%
Orta ödəmə: $60.000
İqtisadiyyatın yaxşılaşdığı və işə götürmə hallarının artığı bir zamanda məşğulluq agentlərinin də işi daha da vacib olmağa başlayıb. Lakin bu heç də sadə və az məsuliyyətli bir iş deyil.
“Məşğulluq agentləri bir növ şirkətin üzüdür. Kennameta kimi bir şirkətdə yaxşı məşqulluq agentələrinin olması demək olarki ən vacib bir işdir” - vitse – prezident və İR-nın baş dierktoru Kevin Walling.
Onun dediyinə görə “Ən yaxşı işçi odurki şirkətin ən vacib işlərində və çətin strategiyalarında hər zaman səninlə birgə olsun. İşindən fərqli olmayaraq – elm insanı, mühəndis, incəsənt sahəsində - bu hər yerdə belə olmalıdır”.
8. Ekoloji Sağlamlıq və Təhlükəsizlik üzrə mütəxəssis
10 illik artım: 28%
Orta ödəmə: $71.000
İnsan aktivlikləri və Triumvirate ətraf mühitini öyrədən sahə üzrə direktor Mike Spinalenin sözlərinə görə“Bu bir az çirkli işdir”.
Bu sahədə böyük şirkətlərdən biri olan Somervillenin işçiləri təhlükəli tullantıları yığır və labaratoriyalara aparırlar.
“Biz öz şirkətimiz üçün liderlik qabliyyəti və emosional hisslərini idarə ede bilmək kimi daha yumşaq xasiyyətli insanlar axtarırıq. Mən insanlarla müsahibə aparan zaman insanların bu işin çətinliyinə dair heç bir şübhələri olmamasını çox bəyənirəm və çalışıram ki, daha çox müsbət enerjili insanları işə götürüm. İşçilər onlara verilən hər bir işi görməyə hazır olmalıdırlar. Mənim ən sevmədiyim vəziyyət odur ki, kimsə gəlsin və mən menecer olmaq istəyirəm desin” – Spinale deyib.
9. Tikintininqiymətləndirmə mütəxəssisi
10 illik artım: 25%
Orta ödəmə: $68.000
“O cazibadar olmaya bilər, lakin tikinti şirkətinin indiki vəziyyətinə düzgün qiymət verməyi bacarır” - Flatiron ağır tikinti şirkətinin meneceri Ty Freeland.
Bu vəzifədə çalışanlar əsasən zamanı tarazlamaq üçün plan qurmalı, hər bir proyektə düzgün qiymət verməli və onun dizaynı ilə məşğul olmalıdır. Şirkət yeni bir iş aldığı zaman belə işçilərin də sayı artır.
Bu vəzifədə işləmək istəyən insan texniki işdə işləmək üzrə bir dərəcəsi, ağır avtomobil yolunun sənayesi üzrə ən azı 10 il iş təcrübəsi və tikinti üzrə də təcürbəsi olmalıdır. Freelandin dediklərinə görə hərb işində də hər hansısa bir təcrübənin olması həmin insan üçün daha müsbət hesab olunur.
10. Professional terapevt
10 illik artım: 26%
Orta ödəmə: $72.000
Bəli, dərəcə, iş təcrübəsi və sertifikatlar terapevt işləmək üçün ən vacib amillərdən biridir, lakin bəzi insanlara qayğı göstərmək üçün bu vəzifədə işləyən insan çox yüksək insani xüsusuiyyətlərə də malik olmalıdır.
Lakeland HealthCare məşğuluq idarəsinin başçısı Erin Wrightin dediklərinə görə “İşə götürüləcək insanın səs tonu çox böyük rol oynayır. Biz bilərəkdən ilk iş görüşməsini olnların işləyəcəkləri yerdə və işləyəcəyi kollektivin arasında edirik. Bunu belə etməyimizin əsas səbəbi həmin insanların reaksiyalarını görməkdir. Bu qrupa uyğunlaşa biləcəklərmi? Hər hansısa bir gərinlik oldğdu zaman üzlərindəki gülüşü saxlaya biləcəklərmi?”.
Gördüyümüz kimi avropada ən çox tibb, telekommunikasiya texnologiyaları, tikinti, ekologiya və məşğulluq sahələri üzrə işlər daha gəlirli və dəbdədir. Azərbaycanda isə sevindricidir ki, son 4-5 ildə kompyuter mühəndisliyi, informasiya texnologiyaları və ümumiyyətlə texniki elmlərə tələbat artmağa doğru getdiyindən bu sahəyə müraciət edənlərin sayı da artıb. Belə çıxır ki, artıq bir çoxları bir vaxtların ən məşhur peşələrindən olan “yurist”, prokuror, hakim, səfir və s. kimi peşələrdən məcazi mənada “bir şey çıxmadığını” görüb istiqaməti tələbata uyğun dəyişmək qərarına gəliblər. Bütün zamanların ən real həqiqəti də məhz budur ki, dünyanın harasında olursanız-olun texniki elmlər az qala hər yerdə eyni qüvvəyə malikdir, dəyişildikdə də hər yerdə eyni cür dəyişir. Bu səbəbdən də dünyada əmək miqrantlarının çoxu da, daha doğrusu “beyin axını”nın əsas iştirakçıları texniki elmin davamçılarıdır. Ümumiyyətlə dünyada olduğu kimi bizdə də peşə seçimində trend dəyişsə də, avropadan fərqli olaraq bizdə bu peşələrin məktəbləri ya yoxdur, ya da varsa, kifayət edəcək keyfiyyətdə və səviyyədə deyil. Ən böyük problem isə azərbaycan dilində ədəbiyyatın kifayət qədər olmamasıdır.