Peşəkar biznes şəbəkə platforması LinkedIn, istifadəçilərinə tətbiqdə daha çox vaxt keçirmələri üçün puzzle əsaslı oyunlar təklif etməyi planlaşdırır.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, tətbiq tədqiqatçısı Nima Owji, LinkedIn-in X üzərində işlədiyi bəzi oyunları göstərən bir sıra ekran görüntüləri yayımladı və LinkedIn TechCrunch-a verdiyi açıqlamada planı təsdiqlədi. LinkedIn sözçüsü: "Biz LinkedIn təcrübəsinə əyləncə əlavə etmək, əlaqələri dərinləşdirmək və söhbət imkanlarını artırmaq üçün tapmacalara əsaslanan oyunlar əlavə etmək üzərində işləyirik" dedi.


LinkedIn kimi bir platformanın oyun odaklı iş görməsi ilk baxışda maraqlı görünsə də, platformanın sahibinin Microsoft olduğunu nəzərə alsaq, bunun mümkünlüyünü görərik. Çünki Microsoft Xbox, Activision Blizzard və ZeniMax kimi oyun platformalarına sahibdir və şirkətin bu biznesdən əldə etdiyi gəlir son rübdə 7,1 milyard dollar olub.