Telegram istifadəçilərə pul qazanmağa imkan verəcək yeni funksiyanı açıqlayıb. Qazanılan pul yalnız Telegram Premium-u pulsuz edəcək.
Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp-ın ən böyük rəqibi olaraq görülən Telegram, istifadəçilərin pul qazanmasına imkan verəcək yeni sistem yaradıb. Bu yeni sistem bəzi təhlükəsizlik risklərini gətirsə də, istifadəçilərə ayda 5 dollar qazanmağa imkan verəcək. Qazanılan bu pul Telegram Premium abunəliyini pulsuz edəcək.
Telegram-ın pul qazanma metodu "Peer-to-Peer Login" (P2PL) adlanır. Telegram rəhbərliyi bu sistemdə qeydiyyatdan keçmiş istifadəçilərin telefon nömrələrindən istifadə etməklə öz xərclərini azaldır. Bunun müqabilində istifadəçiyə pul ödəyir.
Telegram-ın monetizasiya xüsusiyyəti istifadəçini mobil operator kimi istifadə edir. Bunun necə baş verdiyini tez izah edək. Telegram tətbiqinə daxil olmaq istədiyiniz zaman SMS vasitəsilə təsdiq kodu almalısınız. Burada Telegram bu SMS-ləri monetizasiya funksiyasını aktivləşdirmiş istifadəçiyə göndərəcək. Başqa sözlə, göstərdiyiniz telefon nömrəsindən başqa Telegram istifadəçisinə SMS göndəriləcək. Bu SMS-də digər istifadəçinin doğrulama kodu olacaq.