Dünyada bir çox nəhəng şirkətlərin uğur hekayəsi, sosial mediadan mobilə, B2B-dən virala gedən yolun özünəməxsus yolu var. Dünyaya səs salmış bir çox brendlərin həmin uğur hekayələri bu dəfə Bakıda müzakirə olunacaq.
18 Yanvar 2013-cü ildə MAK.AZ onlayn marketinq jurnalının təşkilatçılığı "JW Marriot Absheron" otelində Azərbaycanda ilk dəfə Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək. “Baku Digital Marketing Show” adlanan seminara spiker olaraq Avropanın tanınmış mütəxəssislərindən sayılan CIM (Chareted Institute of Marketing) və IAB(Internet Advertising Bureu)- nin nümayəndəsi Mike Berry dəvət olunub.
"Baku Digital Marketing Show" adlı seminar ölkədə rəqəmsal texnologiyaların yerli şirkətlərin marketinq fəaliyyətlərində tətbiq olunması və sosial medianın bu istiqamətdə səmərəli istifadəsinə yardımçı olacaq.
Tədbirin baş sponsor "Bakcell" şirkəti, digər sponsorlar "Tandem" və "Huawei" şirkətləridir.
Konfrans barədə ətraflı məlumatı http://www.bakudigitalmarketingshow.com/ saytından əldə etmək olar.