Devetname.az elektron satış mağazasının butik satış nöqtəsi öz müştərilərinə yanvar ayının 21-dən etibarən qapılarını açmışdır. Burada Türkiyə və Avropanın müxtəlif dəvətnamə, təbrik kartları və sevincli günlərimizə dəvət etməyə çağıran digər əl işləri brendlərini sizlərlə bölüşəcəyik.



Bizim gözümüzdə dəvətnamə, sadəcə şadlığın yerini və zamanını bildirən, quru çağırış vərəqəsi deyil, yaxınlarınızın ömür boyu unutmayacağı bir xatirədir. Azərbaycan xalqının hər şeyin ən yaxşısına layiq olduğu fikrindən yola çıxaraq, dəvətnamələrin də ən yaxşılarını seçib, sizə təqdim edirik. Dəvətnamələrin ən klassik olanlarından, ən rənglisinə qədər bir çox fərqli ehtiyacı qarşılamağı hədəfləyirik. Ümumiyyətlə, dəvətnamələr şənliyinizin yerinə, mövsümünə və məzmununa görə seçilməlidir. Ciddi bir elmi konferansa daş-qaşlı dəvətnamə yaraşmadığı kimi, yaxın dostlarla, qohumlarla birlikdə keçiriləcək toy məclislərinə də rəsmi üslublu dəvətnamələr can sıxıcı gələ bilər. Qərarsızlığın gözlərinizi bağladığı anlarda bu seçkini aparmaq üçün hər cür köməyi professional müştəri nümayəndələrimizdən ala biləcəksiniz.



www.devetname.az sevdiklərimizi və yaxınlarımızı öz sevincli günlərimizə dəvət etmək konseptini Azərbaycanda milli dəyərlərimizə uyğun olaraq davam və inkişaf etdirməyi özünə hədəf seçən, xalqımızın əsirlərdən bəri qoruyub və inkişaf etdirdiyi bu ənənənin davam etməsinə öz töhvələrini verməyə hazır olan milli “dəvətnamə” butikidir. Sirr deyil ki, qədim zamanlardakı “ağızdan-ağıza” şad günlərimizə çağırış ənənəsi indi öz yerini daha müasir, milli və xarici dizaynerlərin əl işlərinə əsaslanaraq, daha yaradıcı çağırış metodları ilə əvəz olunur. Dədə Qorqud zamanında bir tonqal qalanaraq bütün eli-obanı şənliyə, toya çağırırdılar. Şənliye dəvət qedim zamanlardan Azərbaycan eposunun əsas motiflərindən biri olmuşdur. O vaxtlar tonqalı görən bütün el-oba kimliyindən asılı olmayaraq şənliyə dəvət edilirdisə, indi bu dəvət öz yerini daha individual yanaşmaya buraxmışdır.



Devetname.az bu individual çağırışın, yaxınlaşmanın zərurətindən hasil olmuşdur. Çağırış zamanı individual yaxınlaşma həm, dəvət edənin həm də dəvəti alanın sosial statusunu və bir biri ilə olan əlaqələrini müəyyən edir. Müasir dövrdə göndərəcəyiniz adı dəvətnamə, şənliyə çağırılan şəxsə qarşı olan diqqətinizin, sevginizin və hörmətinizin göstəricisidir. Bu yolda hər kəsin öz sevgisini nümayiş etdirə bilməsi üçün devetname.az öz alıcılarına daha əl çatan və daha yüksək keyfiyyətlə xidmət göstərməyi, onların sevincinə şərik olub, onlarla bərabər sevinməyi özünə vəzifə bilir. Yüzlərlə fərqli modelimizlə hər kəsin zövqünü oxşayacağımızdan əminik və istər korporativ istərsə də şad gün çağırışlarınızdakı xidmətimizin sevincini yaşayırıq.