"Facebook"un istifadəçiləri Yeni ildə sosial şəbəkəyə 1,1 milyard foto yükləyiblər. Bu barədə "Facebook"un nümayəndəsinə istinadən "TechCrunch" bloqu məlumat verib.

Yeni il dedikdə bu halda 31 dekabrdan yanvarın 1-dək ötən 48 saat başa düşülür. Nəşr qeyd edib ki, 48 saat ərzində rekord sayda foto yüklənib.

Əvvəlki rekord ötən Yeni ildə qeydə alınmışdı. İstifadəçilər o zaman 844 milyon foto yükləmişdilər.

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsinə orta hesabla hər gün 300 milyon foto yüklənir. 2013-cü il yanvarın 15-də Mark Zukerberqin verdiyi məlumata əsasən, "Facebook" sosial şəbəkəsində 240 milyard foto saxlanılır. Xidmətin auditoriyası isə 1 milyarda bərabərdir.