"Akamai" şirkətinin məlumatına əsasən, "Android" əməliyyat sistemində başlanğıc ayar kimi quraşdırılmış "Android WebKit" brauzeri 2012-ci ilin üçüncü rübündə internetə mobil şəbəkələr vasitəsilə çıxan mobil qurğular üçün ən populyar brauzer olub. Əgər bütün şəbəkə növlərini ("Wi-Fi" daxil olmaqla) nəzərə alsaq, o zaman 60 faiz göstəriciyə malik "Safari" brauzeri liderdir. Bu halda trafikin təxminən 23 faizi "Android" istifadəçilərinin payına düşüb.