Rəqəmsal dünya baxımından olduqca sıx keçən bir ili arxada qoyarkən, maraqlıdı 2013-cü ildə bizi nələr gözləyir? 2012-ci il sosial media 2011-ci ilə baxanda daha hərəkətli keçdi. Gəlin kəçən il sosial media üçün necə bir il keçdiyinə və dünyada baş verənlərə bir daha nəzər salaq.
2012-də haker hücumuna məruz qalanlar
2012 internet xidmətlərinin hakerlərin qəzəbinə gəldiyi bir il oldu. Sizə ilin haker hücumuna məruz qalan internet xidmətlərindən bəzilərini təqdim edirik:
1. "Linkedin"-də 6.5 milyon hesab şifrələri ələ keçirildi.
2. "Formspring"-də 400 min üzvün şifrələri ələ keçirildi.
3. "Türk Hava Yolları"-nın internet saytı hakerlərin hücumuna məruz qaldı.
4. Səsli danışıq xidməti olan "Yahoo Voice" üzərindən həyata keçirilən hücum nəticəsində 450 mindən çox istifadəçinin bilgiləri haker qrupu tərəfindən ələ keçirildi.
5. "Dropbox"-dan "Şifrələri oğurlatdıq" etirafı gəldi.
6. "Battle.net" saytı hakerlərin hücumuna məruz qaldı.
7. Anonymous "GoDaddy"-yə hücum etdi və nəticədə milyonlarla sayt zərər çəkdi.
8. Haker qrupu olan "AntiSec", 12 milyon "Apple" ID-ni ələ keçirdi.
İlin uğursuzluqları
1. "Yahoo"-nun dörd aylıq CEO-su Steve Thompson-un karyerasında uğursuzluğu nəticəsində işdən çıxması.
2. "Blackberry" xidmətlərinin Avropa, Orta Şərq və Afrikada çökməsi.
3. "Facebook"-un xalqa etirazından sonra birjadakı vəziyyəti də bu kateqoriyada yer tutdu.
İlin təəcübləndirməyən xəbəri
Dünyanın ən qiymətli markası yenədə "Apple"-dır.
İlin qadını
"Yahoo"-nun yeni CEO-su olaraq açıqlanan Marissa Mayer.
İlin jesti və CEO-su
"Lenovo"-nun CEO-su Yuanquing-ın 3 milyon dollarlıq sərmayəsini işçilərinə paylaması.
2012-də baş verən tarixi ilklər
1. "Microsoft" 26 illik tarixində ilk dəfə zərər gördü.
2. "eBay" 17 illik loqosunu dəyişdirdi.
2012-in gürurları
1. "Plasenta" 90 ölkəni əhatə edən Coca-Cola konkursunu qazandı.
2. "General Atlantic"-in 44 milyon dollar sərmayə yatırtdığı “Yemeksepeti” daxil olduğu bazarların sayını artıracaq.