Coca-Cola Avropada "Diet Coke"-un yeni yaradıcı direktoru "Mark Jacobs" tərəfindən hazırlanmış üç yeni qablaşdırmasını təqdim etdi.
Yeni qablaşdırmalar "I Heart" yazısıyla dəb dünyası üçün 80-cı, 90-cı və 2000-ci üç əhəmiyyətli onilliklərə həsr edilib.
80-ci illərə həsr edilmiş qablaşdırmada fon naxışıyla qara ətəkdə qadın silueti, qalstuk-kəpənəyin növü ilə təsvir olunub. Uzun əlcəklərlə, sancaqlarla və böyük qırmızı şlyapada qeyri-adi gecə donunda xanımın təsviri 90-cı illərə həsr edilmişdir. 21 əsrin iki mininci illəri isə, qadının silueti şəklində təcəssüm ediliv və dövrümüzün dinamik enerjinisi və cazibədarlığını simvollaşdırır. Hər qablaşdırmada kiçik qırmızı ürək təsvir olub.
"Diet Coke-un 30 illik yaradıcı direktoru olmaq və yubileyi qeyd etmək mənim üçün böyük şərəfdir mənim üçün. Diet Coke bir ikonadır... və mən ikonaları sevirəm" - dizayner bildirdi.
Coca-cola Diet yeni qablaşdırma dizaynı ilə bu ayın sonunda Böyük Britaniya, Fransa, İslandiya və Benilyuks kimi ölkələr də daxil olmaqla 11 ölkədə satışa çıxarılacaq.