Polaroid şirkəti, ADR dizayn studiyası ilə birlikdə İnstagram üçün xüsusi fotoapparatın istehsalına hazırlaşır. Fotoapparat, çəkiliş edən kimi, şəkilə İnstagram effektləri verməklə çap edəcək. Həmçinin 3G funksiyasıda mövcud olacaq. Ehtimal olunur ki, Android sistemi ilə işləyən bu fotoapparata müxtəlif oyunlar, proqramlar yazmaq mümkün olacaq. 16/32 GB lıq daxili yaddaş, 4.3" sensorlu displeyin olması gözlənilir.
Polaroid Socialmatic Camera və onun üçün nəzərdə tutulan aksessuar dəsti 2014-ci ilin birinci rübündə bazara təqdim olunacaq.