Google şirkətinin bloqunda bildirilir ki, video hostinq istifadəçiləri şəxsi kompüterlərə YouTube-a daha əvvəl yüklənmiş video çarxları yükləmək imkanı əldə ediblər. Bunun üçün YouTube-da "Google Takeout" xidməti və ya "Google Arxivator" xidməti birləşdirilib.


Kompüterə və ya noutbuka video çarx arxivini yükləmək üçün, "Arxivator" saytını açmaq, daha sonra isə, siyahıda YouTube xidmətini seçərək "arxivi yarat" düyməsini klikləmək lazımdır.
Həmçinin qeyd edilir ki, video çarxları yükləyən zaman çarxların yenidən kodlaşdırması olunmur və istifadəçilər YouTube-a yüklədikləri videoları istədikləri formada əldə edirlər. Buna baxmayaraq, video materialların həcmindən asılı olaraq çarxların arxivini yaradarkən bu proses bir neçə dəqiqədən bir neçə saata qədər vaxt apara bilər.
Google+ -in sosial şəbəkəsinin saytına yüklənmiş videoda və Picasa foto xidmətində isə heç bir yenilik yayılmır.