Dünyanın ən böyük sosial şəbəkəsi Facebook "Want" və "Collect" funksiyalarını yoxlayır. Bu düymələrin vasitəsilə istifadəçi siyahısıda ona lazımlı olan şeyləri təşkil edə bilər.
Reuters bildirir ki, bu proqrama "Victorias Secret, Pottery Barn, Neiman Marcus, Michael Kors, Smith Optics, Wayfair və Fab.com." kimi yeddi şirkət qoşulub.
"Want" düyməsi məhsulu "Wishlist"-ə əlavə etməyə imkan yaradır, bu bölmə istifadəçinin xronikasında dostlara əlçatan olacaq. Əgər istifadəçi fikrini dəyişsə, o "Unwant" funksiyasından istifadə edə bilər.
"Collect" düyməsini klikləyərkən, məhsul "Products" siyahısına düşəcək və yalnız dostlara əlçatan olacaq, daha sonra isə, istifadəçi istehsalçının saytına keçə və alış-verişi həyata keçirə biləcək. Bundan başqa, düymələr reklam elanlarının nümayişini daha incə qurmağa imkan yaradacaq.
Hər iki funksiya Facebook partnyorları tərəfindən brendinq qruplarında yoxlanılır. Bəyənilən məhsulların əlavə edilməsi haqqında informasiya xəbər lentində təqdim olunur.