EMarketer analitik şirkətinin proqnozuna əsasən, gələn il Twitter sosial şəbəkəsinin reklam gəliri 1 milyard dolları ötə bilər, halbuki bu il bu məbləğ təxminən 583 milyon dollar olacaq.
Hesabat müəlliflərinin sözlərinə görə, Twitter-in reklam gəlirinin artması şirkətin mobil sahədə fəallığının artması ilə bağlıdır. Mobil reklamdan əldə olunan gəlir yüksək templə artır. Twitter bu göstərici üzrə Google və Facebook-u qabaqlayır.
Bu il Twitter-in reklam gəlirinin təxminən 53%-ni mobil reklam təşkil edəcək. 2015-ci ildə bu göstərici 60%-dək artacaq. Twitter-in gözləntilərinə əsasən, 2015-ci ildə mikrobloqlar xidmətinin reklam gəliri 1.33 milyard dollar olacaq.
Hazırda Twitter öz reklam gəlirinin 83%-ni ABŞ-da qazanır.