Şirkətin press-relizində bildirilir ki, cari ilin üçüncü rübünün nəticələrinə görə, Facebook sosial şəbəkəsinin zərəri 59 milyon dollar təşkil edib, keçən ilin analoji dövrü üçün isə 227 milyon dollar gəlir təşkil etmişdir.
2012 ilin iyul-sentyabr ayları ərzində Facebook-un gəlirləri 1,26 milyard dollar təşkil edərək 32% artmışdır. Əməliyyat gəlirləri 9% azalmış və keçən ilin 414 milyon dolları ilə müqayisədə 377 milyon dollar təşkil etmişdir.
Şirkətin bütün reklam gəlirləri 86% təşkil edərək, üçüncü rübdə 36% artmışdır. Reklam gəlirlərin 14% -i, bir hissəsi bilavasitə mobil qurğulara yerləşdirilmiş ticarət çarxlardan əldə edilmişdir.
2012-ci ilin üçüncü rübündə istifadəçilərin sayı bir milyard insanı keçərək, üç ay ərzində sosial şəbəkənin auditoriyası 45 milyonu artmışdır. Hələ iyulda sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayı 955 milyon insan təşkil edirdi. Həmçinin hesabat dövründə sosial şəbəkə istifadəçilərə resurs üzrə dostlarına istənilən real hədiyyələri göndərməyə imkan yaradan "Gifts" adlı yeni xidmət buraxdı.