Kiyev Beynəlxalq Reklam Festivalının (KİAF) başlamasına iki ay qalmış Təşkilat Komitəsi festival proqramının ilkin versiyası ilə gələcək iştirakçıları tanış edir. Ətraflı cədvəl bir qədər sonra təqdim olacaq, indi isə təşkilatçılar seminarların formalaşmasının prinsipləri və məntiqi haqqında danışırlar.



Razılaşın ki, bu gün marketinq və reklam mütəxəssisləri peşələri haqqında məlumatların çatışmamasını hiss etmirlər. Daha doğrusu, əksinə informasiyanın artıqlığı yaranmışdır. Belə hallarda, peşəkar forumun seminar proqramı yalnız hansısa əlavə keyfiyyətləri ilə iştirakçıları özünə cəlb edib, onların marağına səbəb ola bilər. Bu məqsəd ilə KİAF-ın Təşkilat Komitəsi yalnız spikeri dinləmək yox, həmçinin onunla və bu sahənin həmkarları ilə mübahisə etmək imkanı yaradır.

14-cü KİAF-ın bütün seminar və çıxışları interaktivdir.

Belə ki, iştirakçılardan hər hansı biri qeyd olunan mövzu üzrə tam hüquqlu həmməruzəçi ola bilər. KİAF 2013 seminarlarının əsas məqamları fikir mübadiləsindən və professional mübahisədən ibarətdir.

KİAF proqramı yalnız seminarlarla bitmir. Çünki festival bayramdır, professional ünsiyyətin bayramı. Festivalda iştirakçılar üçün üç şənlik, iki tədbir və futbol kuboku nəzərdə tutulur.

KİAF proqramının cari versiyası ilə siz bu keçiddən tanış ola bilərsiniz. Yəqin ki, bu proqrama hələ əlavələr olunacaq və o genişləndiriləcək. Festivalın saytını izləyin və proqramın yeniliklərinə diqqət edin, çünki hələ əsas seminarların anonsları verilməmişdir.

Ən əsası 14-cü KİAF qeydiyyyatından keçməyi unutmuyun. Onlyan qeydiyyat may ayının 10-nadək qüvvədədir. Qeydiyyat ilə bağlı bütün məsələlərə dair project@adcoalition.org.ua (Оlqa Podqorskaya) yaza və ya bu nömrədən: +38 044 490 90 30 Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd etmək istiyirik ki, Facemark.az saytı 2013-cü ilin Kiyevdə keçirilən beynəlxalq reklam festivalının Azərbaycanda mediya sponsorudur.