Samsung Electronics şirkəti ABŞ-da 1,4 minlik Best Buy pərakəndə satış mağazasında "Experience Shops" adlı firma zonalar açacaq.

İlk 900 mağazada zonalar aprelin sonuna, qalan 500 mağazada isə 2013-cü ilin yayınadək açılacaq.

Zonalarda Samsung-un smartfon, planeşt, televizor, kamera və aksesuarları yerləşdiriləcək. Zonaların sahəsi dəyişəcək və ən böyüyünün əhatə dairəsi 42 kvadratmetr təşkil edəcək.

Samsung-un Best Buy ilə əməkdaşlığı sayəsində alıcılar Koreya istehsalçısının məhsulları ilə şəxsən tanış olmaq imkanı əldə edəcəklər. Məhsulların funksiyaları Samsung şirkətinin mütəxəssisləri tərəfindən izah olunacaq.

İndiyədək Samsung-un ABŞ-ın pərakəndə bazarında belə miqyasda iştirak etmədiyi qeyd edilir.