Piper Jaffray şirkətinin araşdırmasına əsasən, Facebook sosial şəbəkəsinə gənclərin marağı əhəmiyyətli dərəcədə azalıb. Rəyi soruşulmuş 5200 gəncin 33%-i Facebook-u hələ də ən sevimli sosial şəbəkə adlandırırlar, bir il ərzində onun populyarlığı 20% azalıb.

TechCrunch bloqu qeyd edib ki, gənclərin marağı yalnız Facebook-a deyil, həmçinin YouTube, TumblrFlickr-ə azalıb.

Twitter gənclər arasında populyarlığa görə ikinci ən böyük sosial şəbəkədir. Sonrakı yerdə Instagram qərarlaşıb. Qeyd edək ki, sonuncunun pərəstişkarlarının sayı durmadan artır. İlk beşlikdə, həmçinin Google+Tumblr sosial şəbəkələri də yer alıb.