Facebook ən böyük müştərilərinə sosial şəbəkədə markasının abunəçiləri haqqında bağlı informasiyaya imtiyazlı giriş açacaq. Adweek verdiyinə məlumatına görə, bu addım onlara rəqiblərinin üzərində böyük üstünlük verir. Lakin digər oyunçular çətin bu işlərin gedişatına sevinələr.
Şirkətlərin əksəriyyətinin ən zərif nöqtəsi Facebook-daki azarkeşləridir. Şirkətlər onların yaşlarına, cinslərinə, yaşayış yerlərinə baxa bilsələr də, onların maraqları haqda heç bir məlumat məlum deyil. Bu məsələ isə, öz növbəsində yalnız bəzi şirkətlər üçün keçərlidir, hamısı üçün deyil.
Bəzi "Wildfire", "SocialCode" və "Relevvant" kimi marketinq firmaları onları maraqlandıran məlumatlarının alınmasında dolama yolu tapdılar. Onlar Facebook-da onların markalarının əlavəsinə abunə olan istifadəçilərindən maraqlarına giriş imkanı verməyi xahiş etdilər. Lakin hətta marketoloqlar abunəçilərin bazasıyla məhdudlaşdırılmış qalırlar. Ancaq Facebook müəyyən müştərilərinə abunəçiləri haqqında daha geniş informasiyaya giriş imkanı verir və şirkətlər azarkeşlərinin izlədikləri sevimli markalara, qruplara, televiziya-şoularına və s. kimi məlumatlara giriş əldə edirlər.
Marka-menecerləri üçün bu böyük praktik xeyiri daşıyır. Məsələn, azarkeşlərinin arasında ən məşhur qrup haqqında informasiyadan istifadə edərək şirkət öz çarxının musiqisində istifadə edə və yaxud abunəçilərin ən çox bəyəndikləri və izlədikləri şou proqramları öyrənərək şirkət həmin şouya sponsor olaraq, markanın tanınmasını yüksəldə bilər. Beləliklə, Facebook vasitəsilə məqsədli auditoriyanı hədəfləməklə yanaşı, həm də qeyri-adi insaytları axtararaq marketinq strategiyasının hazırlamasında onlardan istifadə etmək olar.
Bununla belə Facebook bu cür informasiyaya girişi sərt şəkildə məhdudlaşdırır, səbəbi isə aydındır. Sosial şəbəkə belə məlumatları yalnız xərcləməyi bacararan bahalı markalarla ən imtiyazlı müştərilərinə təqdim edir.