İlk dəfə 1994-cü ildə keçirilən Golden Hammer festival, 1999-cu ildən etibarən beynəlxalq səviyyədə təşkil olunur və digər reklam festivalları arasında əhəmiyyətli yer tutub. Latviya Reklam Assosiasiyası tərəfindən təşkil edilmiş festival Baltika ölkələrində yeqanə beynalxalq və Şərqi Avropada ən böyük reklam festival hesab olunur.
Golden Hammer bu il iyunun 6-7-dək Riga şəhərində 14-cü dəfə keçiriləcək, qeydiyyat üçün son tarix – 24 may 2013-ci ildir. Festival 6-7 iyun iki günlük tədbirdən ibarətdir, hansı ki, bütün nümayəndələr üçün seminarlarda və praktikumlarda mükafatlandırılmış məşhur təcrübəli mütəxəssislər tərəfindən veriləcək təlim imkanları yaradır. Golden Hammer reklam sənayesindən iştirakçılara xüsusi şəkildə seçilmək və onların biliklərini aşkar etmək üçün bacarıqlarını bütün dünyada məşhur olan ekspertlər tərəfindən qiymətləndirməyə və Avropanın bütün guşələrindən gələn insanlarla görüşmək imkanı yaradır. Hər il bu festivalda orta hesabla dünyanın 25 ölkəsindən insan iştirak edir və yüksək səviyyəli münsiflər heyəti 12 müxtəlif ölkədən iştirakçıları seçirlər.
GOLDEN HAMMER reklamının Beynəlxalq festivalında TV-çarx, çap və çöl reklamı, radio reklam, interaktiv reklam qərarları, direkt-marketinq, Craft, reklam kampaniyaları və PR kimi 10 kateqoriyada reklam işlərinin təqdim olunmasının son müddəti 24 may tarixinədək uzadılmışdır. İşləri www.goldenhammer.eu festivalının ana səhifəsində elektron vasitəsilə təqdim etmək mümkündür.
GOLDEN HAMMER festivalı reklam sferasıyla bağlı peşəkarlıqlarının və biliklərinin sayəsində beynəlxalq reklam səhnəsində işlərini ekspertlərin müzakirəsinə təqdim etmək üçün hər kəs üçün yeni bir imkandır. 4 iyundan başlayaraq münsiflər heyətinin dörd komandası – yaradıcılıq, media, interaktiv və PR işlərini qiymətləndirəcəklər.
6-7 iyun tarixlərində Latvianın Riqa şəhərində 14-cü beynəlxalq GOLDEN HAMMER festivalı "Radisson Blu hotelində" keçiriləcək. GOLDEN HAMMER Baltikada yeqanə beynəlxalq reklam festivalıdır. Bu Avropa festivallarının arasında əhəmiyyətli yer tutur və bir növ Şimal, Şərq və Qərb Avropasından ən yaxşı reklam nümünələriları Rigada birləşdirir.
Festivalın sponsorları: Antalis, Clear Channel Latvia, Delfi, Domenikss, Guilty, Lady Taxi, Market Media, Izdevniecības nams Petits, Pro Baltic, Radisson Blu Hotel Latvia, Samsung, Star FM, TNS, TV3Play, Žurnāls DEKO.
Dəstəkçilər: ABKR, Advertology.ru, akarussia.ru, ERAL.ee, Facemark, FMR TV, Mami.org.ua, Marketing.by, Sostav.ru, Sostav.ua, worldofad.asia
Golden Hammer festivalı haqqında bütün informasiya - qaydalar, kateqoriyalar və seminarla əlaqədər proqramlara Golden Hammer-in rəsmi saytı http://www.hammer.lv/ və Facebook https://www.facebook.com/goldenhammerlatvia vasitəsilə əlaqə saxlamaq mümkündür.
Qeyd etmək istəyirik ki, Facemark.az saytı və Facemark.tv bu ilki "Golden Hammer 2013" festivalının media partnyorudur.