7 günlük Beynəlxalq CANNES LIONS kreativlik festivalı hər il olduğu kimi, bu ildə 16-22 iyun tarixlərində Fransada “Palais des Festivals et des Congrès”-də keçiriləcək. Cannes Lions 60-cı il dönümünü qeyd etmək üçün kitab və nüfuzlu reklam kampaniyalarını nümayiş etdirən sərgiyə başlayacaq. "Game Changers" son altı onillikdə dəyişmiş və formalaşmış, Nike-in Fuel Band-dən tutmuş (winner of Best in Book in this years Creative Review Annual) DDB tərəfindən Volkswagen üçün hazırlanmş kampaniyasınadək 150 iş nümunəsini nümayiş etdirəcək.
Kitab bu yay satışa buraxılmamış Cannes Lions festivalı keçirildiyi müddətində sərgidə satışa çıxarılacaq. Bu kitab Taschen tərəfindən nəşr, yaradıcılıq direktoru "Peter Russell"və Cannes Lions-ın yaradıcı və rəqəmsal rəhbəri "Senta Slingerland" tərəfindən isə redaktə olunub. Festivaldan sonra bu sərgi dünyanın müxtəlif ölkələrinə səyahət edəcəyi müəyyən olunub.
Game Changers kitabı və layihəsi London agentliyi, "Kent Lyons" tərəfindən hazırlanıb. Slingerland izah edir ki, "Biz bunu gizli saxlamaq istədik ki, görülən iş kitab haqda daha ucadan danışa bilsin. Biz həmçinin kitab daha çox retrospektiv olduğündan, vaxta yönəlmiş spesifik bir dizayn hazırladıq".
"Game changers" 12 fəslə bölünüb. Spesifik eradan tutmuş əhəmiyyətli kampaniyaları nəzər alaraq, hər fəsildə sənayədə işləmiş "Paula Green, Sir John Hegarty, Lord Tim BellGame changers" kimi məqalələrə giriş olur. Kitabda göstərilən kampaniyalar Cannes Lions festivalının xüsusi yaradıcılar paneli tərəfindən seçilib. Slingerland-in sözlərinə görə, "bu həmrəy qərar deyildi, lakin seçilmişlər yalnız ilk yaratdıqları təsiləri üçün deyil, məhz mövcüd mirasları üçün seçilmişdilər. Bir qədər güclü işlər irəli sürülsədə, həqiqətdə elə də çox dəyişiklik olmadı".
Game Changers Fransada “Palais des Festivals et des Congrès”-də 15-22 iyun tarixlərində keçiriləcək festivalda nümayiş olunacaq. Daha ətraflı məlumat üçün www.gamechangersatcannes.com baxa bilərsiniz. 60-cı beynəlxalq Cannes Lions festivalında iştirak etmək və qatılmaq üçün http://www.canneslions.com/. Qeyd etmək istərdik ki, Facemark.az marketinq portalı və Facemark.tv bu ilki Cannes Lions festivalının media partnyorudur.