60-cı dəfə keçiriləcək tədbirə dünyanın 92 ölkəsindən 35,765 müraciət olundu. 16-22 iyun tarixlərində Fransada “Palais des Festivals et des Congrès”-də keçiriləcək Cannes Lions festivalı tərəfindən nəşr olunan məlumata görə, bu il toplamda 36 min müraciət sayı ilə rekorda imza atıldığı bildirilib.
Festivala olan müraciətlərə görə, son beş il ərzində dünyanın ən nüfuzlu yaradıcılıq və marketinq şirkətlərinin tədbirə olan maraqlarının ildən-ilə artdığı da diqqət çəkir. Dünyadan minlərlə reklam çarxları nümayiş və müzakirə olunur. Qlobal iqtisadi böhran səbəbindən müraciətlərin iki il müddətində azaldılmasından sonra 2011-ci ildə rekord sayda - 28.282 müraciət qəbul olunmuşdu. Lakin məlumatlara əsasən, bu il müraciət sayının əvvəlki illə müqaisədə 4% artdığı bildirilir.
Bu festival dünyanın ən böyük reklam festivalı adlandırılır və illik tədbirdə bir qayda olaraq dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə nümayəndəliklər festivalda qısa siyahılı işlərini nümayiş etdirir, seminarlarda iştirak edir, tədbir iştirakçıları mütəxəsislərdən dərs alır və bu sözügedən bir həftəlik tədbir fəaliyyətinə mükafatlandırma mərasimi də aiddir. “Branded Content & Entertainment, Creative Effectiveness, Cyber, Design, Direct, Film, Film Craft, Media, Mobile, Outdoor, PR, Press, Promo & Activation, Radio, Titanium & Integrated” və yeni daxil olmuş “Innovation Lions” bu ilki festivalının əsas kateqoriyalarıdır.
Facemark.az saytı və Facemark.tv bu il keçirələcək Cannes Lions festivalının Azərbaycandakı rəsmi media partnyorudur.
Keçən illə müqaisədə bu ilki festivalın müxtəlif kateqoriyalarına olunan müraciət saylarındaki fərqə cədvəldən baxa bilərsiniz: