Google-dan "Cannes Lions" Beynəlxalq Yaradıcılıq Festivalına qatıla bilməyənlər üçün şad xəbər - festival çərçivəsində təşkil ediləcək seminarların bir qisimi YouTube üzərindən canlı yayımlanacaq. Google Creative Sandbox-un rəsmi Google Plus hesabı üzərindən verilən məlumata görə, təqibçilər hər gün bir seminarı canlı izləyə biləcəklər.
Əməkdaşlıq çərçivəsində Cannes Lions rəsmi internet saytı üzərindən izləmək istədiyiniz seminarları səs verə biləcəyiniz səhifə də artıq yaradılıb. YouTube üzərindən izləmək istədiyiniz seminarlara səs vermə artıq tamamlanmışdır. Festivalın proqramı ilə buradan tanış ola bilərsiniz. Seçilmiş seminarlar festivalın rəsmi saytında və Yotube kanalında 10 iyun tarixində açıqlanacaq.
Facemark.az saytı və Facemark.tv Cannes Lions festivalının Azərbaycandakı rəsmi media partnyorudur.