Dünyanın ən böyük içki istehsalçısı və plastik şüşələrin ən böyük istifadəçisi olan "The Coca-Cola Company" qablaşdırma səthinin dizaynını dəyişdirərək İtaliyada "Open Happiness" adlı qlobal kampaniyasına start verdi.
McCann agentliyi tərəfindən hazırlanan dizayn Coke qablaşdırmasını açarkən üzlərdə yaranan təbəssümün formasını əks etdirdi. Bu "təbəssümün" təsviri və dizaynı ölkənin "Rome, Milan" kimi böyük şəhərlərində billboardlarda nümayiş olundu və yoldan keçən italiyalıların diqqətini cəlb edərək pozitiv reaksiyalarına səbəb oldu. Həmçinin "Open the happy can" adlı qablaşdırma dizaynının tezliklə satışa çıxarılacağı da bildirilir.
Company: The Coca-Cola Company
Brand: Coca-Cola
Client: Francesco Cibó, creative excellence manager, central and southern Europe
Agency: McCann
Creatives: Miguel Bemfica, Lee Tan, Giovanni Chiarelli