FAKESTIVAL sizləri maarifləndirici vebinara dəvət edir. Vebinar 9 iyul tarixində Moskva vaxtı ilə 17:00-də keçiriləcək. Mühazirənin mövzusu — "CrazyBranding. Markanın qurulmasının qeyri-standart amilləri".
Depot WPF agentliyinin brendinq üzrə incəsənət-direktoru “Aleksandr Zaqorski” markanın yaradılma prosesinə təsir edə biləcək aşkarlanmamış amillərdən danışacaq. Bu amilləri taparaq, istənilən layihəni həyata keçirmək olar. Saşanın sözlərinə görə, "Bəzən məndə elə bir hiss yaranır ki, sanki mən məhz belə layihələrdə ixtisaslaşıram. Mən qeyri-standart yolları tapmaqdan, parlaq simvollardan istifadə etməkdən zövq alıram".
«İnsan düşüncəsi çox dəqiq və proqnozlaşdırılmışdır. "Meyvə" sözü dedikdə ilk ağıla gələn nədir? İnsanların əksəriyyəti hökmən "Alma" deyərək cavab verirlər. Eyni yanaşma brendinqdə də yaşanmaqdadır. "Qoskompaniya" dedikdə hər kəs milli bayraq, iki başlı qartal və Rusiyanın digər rəsmi simvolları haqqında düşünürlər".
Vebinar 9 iyul tarixində Moskva vaxtı ilə 17:00-də keçiriləcək. Vebinara qatılmaq üçün http://go.webinar.fm/conference,56101519daxil ola bilərsiniz. Vebinar iştirakçıları adlarını daxil edərək "Enter"düyməsini klikləmələridirlər. Vebinarda görüşmək ümidilə!
Festivalın təşkilatçısı — PUNK YOU BRANDS.
Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "3rd International Festival of Fake Advertising and Concepts"festivalının media partnyorudur.