Procter & Gamble şirkətinin Milli Olimpiya Komitəsi ilə birgə keçirtdiyi uşaqlar üçün “Yay Olimpiya Məktəbinin” seçim turları sona çatıb! Aprel ayında elan olunmuş bu kampaniyaya qatılmaq üçün 2041 valideyn anket göndərib. “Uşağınıza idmançı olmaq şansı verin” şüarın altında keçirilən bu kampaniya ümumdünya “Təşəkkürlər Ana” layihəsinin bir qoludur.



İdman dəyərlərini daha çox uşağın öyrənməsinə imkan verərək, yeni nəsil çempionların böyüməsinə dəstək verən bu proqram 2013-cü ildə Azərbaycanda keçirilən futbol və voleybol yarışlarında anaların uşaqlarına iştirak etməyə təkan verməsi üçün bir fürsət olub.




Qeyd edək ki, keçən il Procter & Gamble şirkətinin “Təşəkkürlər Ana” layihəsinin çərçivəsində keçirilmiş Yay Düşərgəsində 50 istedadlı uşaq iştirak edib.




İyun ayında Azərbaycanın 7 şəhərində 9 gün ərzində seçim turları keçirilmişdir. Peşəkar məşğçilər tərəfindən aparılan bu seçimlər nəticəsində ən istedadlı 45 oğlan və 45 qız Yay Olimpiya Məktəbində iştirak etməyə imkanını qazandılar. Layihə haqqında daha ətraflı məlumatı Procter & Gamble şirkətinin Facebook səhifəsində https://www.facebook.com/pgazerbaijan tapmaq olar.




Məktəb Bakıda “Sərhədçi” idman Olimpiya mərkəzində 1 ay ərzində keçiriləcəkdir. Bu dövrdə seçilmiş uşaqlar üçün həftənin 5 günü məşqlər aparılacaq. Sonda isə, onların arasından ən istedadlı 2 uşaq Avropa və ya Türkiyyənin tanınmış klublarından birinə seçim turnirlərə göndəriləcək. Təşkilatçılar ümid edirlər ki, bu kampaniya gələcəyimizin çempionlarını aşkar etməyə imkan yaradacaq.



500