Rusiyanın ən çox mükafatlandırılan incəsənət-direktoru Vladislav Derevyanniy Mərkəzi asiyanın marketinq və reklam festivalı Red JolborsFest–də münsiflər heyətinin sədriylə çıxış edəcək.



2013-cü ildə keçirilən Beynəlxalq "Cannes Lions" festivalında "Восход" agentliyinin yaradıcı komanda tərkibində Vladislav Derevyanniy beş qızıl olmaqla, yeddi "Lion" mükafatına layiq görüldü. Həmçinin agentlik "Məmurları işləməyə məcbur et" layihəsi üçün nüfuzlu mükafata layiq görüldü. Daha əvvəl agentlik festivalda "Bronze Lion" mükafatına layiq görülmüşdü.




Vladislav Derevyannıy qeyd etdi ki, "RedJolbors festivalı mənim münsiflər heyətinin sədri kimi seçildiyim ilk festivaldır. Nə dərəcədə nüfuzlu, ədalətli və qərəzsiz bir münsif olmağa çalışacağacamı bilməsəmdə, tək bildiyim odur ki, sağ tərəfimdə oturacaq şəxsin fikirlərinə qulaq asacağam və onun fikirlərini dəyərləndirəcəyəm".



RedJolbors Awards-da bir neçə nominasiyayla 6 müsabiqə təqdim olunub:



1. Reklam çarxı


- İdeya;


- İcra bacarığı;


- Sosial çarx



2. Birləşdirilmiş reklam kampaniyası



3. Çap reklamı


- Yaradıcılıq;


- İcra bacarığı;


- Qeyri-standart qərarlar;


- Ən yaxşı illüstrasiya/şəkil;


- Seriya



4. Qrafik dizayn


- Loqotiplər;


- Loqotip və firma üslubu;


- Çoxvərəqli nəşrlər;


- Qablaşdırma;


- Konsept;


- Promo-material dizaynı


- GOOD agentliyindən xüsüsi nominasiya qərarları!



5. Digital


- Ən yaxşı korporativ sayt;


- Ən yaxşı promo-sayt;


- İnterfeys dizaynı;


- Şəbəkədə birləşdirilmiş kampaniya



6. PR-layihələr


- İdeya;


- Effektivlik.



Xatırladaq ki, Mərkəzi asiyanın ilk marketinq və reklam festivalı RedJolborsFest 4-5 oktyabr tarixində Bişkekdə baş tutacaq. İşlərin qəbuluna iyul ayının sonundan başlanılacaq. Tədbirdə reklam, rabitə, yaradıcılıq sahələrindən agentliklər və Mərkəzi Asiyanın biznes-şirkətləri də iştirak edəcək. Təşkilatçılar Qazaxıstanın və Rusiyanın aparıcı reklamçılarının münsiflər heyətinin tərkibini formalaşdırırlar. Red JolborsFest festivalının münsiflər heyəti bütün nominasiyalar üçün vahid olacaq.




Məlumat üçün:



RA "Восход" - Rusiyanın №1 yaradıcı agentliyidir. Portfolio RA "Bосход".


Festivalın təşkilatçıları: "VB" internet-redaksiyası, NambaMedia reklam agentliyi, SunPeople yaradıcılıq birləşməsi.


Festivalın əsas partnyoru kimi Coca-ColaBishkekBottlers çıxış edir. Festivalın rəsmi partnyorları - Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq mobil operatoru "КумторОперейтинг Компани". Həmçinin partnyorların sırasına Mərkəzi Asiyada ilk reklam saytı olan AdAsia, Qazaxstanın GOOD! agentliyi, NTS teleradio şirkəti, McCannAlmaty agentliyi, Qazaxıstanda korporativ və marketinq kommunikasiyaları üzrə informasiya layihəsi Communications.kz, qazaxstanın bloq platforması Yvision, PR.uz redaksiyası və Azərbaycanın məşhur marketinq portalı olan Facemark.az saytıdır.