11-13 iyul 2013-cü il Moskvada keçiriləcək 10-cu Beynəlxalq Marketinq Qurultayına hazırlıq çərçivəsində, "Ödənişsiz məzmun" adlı aksiyaya start verildi. Artıq hər bir marketinq və biznes-strategiyaları ilə maraqlanan bu sahənin aparıcı ekspertlərinin çıxışlarının videolarına giriş əldə edə biləcək.


Həmçinin marketinq üzrə dünya ekspertləri 11-13 iyul 2013-cü il tarixində Moskvada "10-cu Beynəlxalq Marketinq Qurultayı"nda daha yaxın olacaqlar! Sahənin onilliyinə yekun vurmaq məqsədilə marketinq üzrə dünyanın və Rusiyanın aparıcı ekspertləri, marketinq assosiasiyalarının nümayəndələri bu tədbirdə iştirak edəcəklər. "Ekspertə sual ver" adlı aksiyanın sayəsində bütün maraqlananlar tədbirin ekspertləriylə əlaqə yaradaraq yüksək ixtisaslı konsultasiya almaq imkanından faydalana biləcəklər.
Qeyd etmək istərdik ki, Facemark.az marketinq portalı 10-cu Beynəlxalq Marketinq Qurultayının da media partnyorudur.
Maraqlananlar ekspertlərin siyasına burdan baxa bilərlər:
- Dünya strateqiyasını inkişaf etdirən Cek Traut - (Trout&Partners) "positioning" nəzəriyyəsinin müəllifi;
- Ron Yanq, bilik və innovasiya idarə etmə üzrə dünya eksperti (Knowledge Associates, Böyük Britaniya);
- Vadim Şirayev, biznes-strategiyaları üzrə ekspert-konsultant, Rusiya biznesinin inkişafı üzrə təşkilat Birliyinin prezidenti (SOMAR);
- Yevgeniy Kaduşin, "positioning", brendinq və marketinq kommunikasiyaları sahəsində peşəkar konsultant (Rusiyada Trout&Partners);
- Yuniy Davudov, fitnəkar marketinq üzrə ekspert (R&I Group, Rusiya);
- Pavel Dedkov, "engagement" marketinqi üzrə ekspert (PR kvadrat, Belarus);
- Oleq Barmin, bloqosfere irəliləyiş üzrə ekspert(LiveJournal Russia);
- İqor Beryozin, marketinq analizi və audit üzrə ekspert (Rusiya marketoloqlarının Gildiyası).