4-5 oktyabr Bişkekdə Mərkəzi asiyanın "Red Jolbors Fest" marketinq festivalı baş tutacaq. Tədbirdə Mərkəzi Asiya sahəsinin peşəkarları ilə yanaşı, həmçinin Azərbaycandan agentliklər də iştirak edə bilərlər.


İki günlük Red Jolbors Fest 2013 festivalında reklam, marketinq və ictimaətlə əlaqələr sahələsində master klasslar və ən yaxşı reklam həllərinin mükafatlandırılma mərasimi də keçiriləcək.
Tədbir zamanı paralel sessiyalar olacaq və bir neçə tematik istiqamət çərçivəsində MDB ölkələrindən peşəkarlar öz təcrübəriylə bölüşərək, strateji marketinq, yaradıcılıq, internet-marketinq, production, satış, dizayn kimi nümayişlərlə çıxış edəcəklər. Festivalının təşkilatçılarından biri olan "Dina Maslov"-un sözlərinə əsasən: "2012-ci ildə biz bu festivalı Qırğızıstanda keçirdik və bütün mərkəzi asiya bazarı üçün aktual olduğunu anladıq. Buna görə də bu ilki festivalda bütün regiondan agentliklər iştirak edə bilərlər. Biz həmçinin Azərbaycandan nümayəndələri də iştirak etməyə dəvət edirik."
Təşkilatçıların sözlərinə görə, bu ilki tədbirdə maarifləndirici hissəyə diqqət yetirildiyi kimi, konkursu təşkil edən"Red Jolbors Awards" hissəsinə də diqqət yetiriləcək. Müsabiqədə təqdim olunacaq bölmələr:
1. Çarx;
2. Birləşdirilmiş reklam kampaniyası;
3. Çap edilmiş reklam;
4. Qrafik dizayn;
5. Digital;
6. PR-layihələr;
7. Qran pri;
8. Festival agentliyi
Müsabiqədə bir neçə nominasiya tezliklə festivalın saytında elan ediləcək. İşlərin qəbuluna isə iyulda başlanılacaq. Hal-hazırda təşkilatçılar Rusiyadan və Mərkəzi asiya regionundan peşəkar münsiflər heyətinin proqramını hazırlamaqdadırlar. "Festival – reklam bazarının mühərriklərindən biridir. Biz cəhd edirik ki, mütəxəssislərin birləşməsi və regionda bazarın inkişafı üçün bir meydança formalaşsın. Ümid edirik ki, bizim festivalımız mütəxəssislərin reklam işlərinin keyfiyyətini artırmaları üçün stimul olacaq" - təşkilatçılar bildirirlər.
May ayından etibarən sentyabr ayınadək festival çərçivəsində təşkilatçılar Bişkekdə "Jolbors Talks" keçirəcəklər və sferanın mütəxəssisləri marketinq mövzusunda master klasslarla çıxış edəcəklər. Həmçinin may ayında"Разработка позиционирования в условиях местного рынка" mövzusuyla kırqızstanın "Adver Group"agentliyinin direktoru Talant Jumazaev çıxış etmişdi, iyulda isə brendinq haqqında nümayişlə "AdAsia"agentliyindən Fərhad Kuçkarov Mərkəzi Asiyada reklam haqqında ilk saytın həmtəsisçisi çıxış edəcək.
Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "Red Jolbors Fest 2013" festivalının da media partnyorudur.