Yaradıcı insanlarda "dəqiqlik" xüsusiyyətinin olmadığı hər kəsə məlumdur. Festivalın hazırlıq işləri davam edir. Biz işlərin təqdim olunma müddətini 2 həftəyədək uzatmağa qərar verdik! Son deadline — 4 avqust 2013-cü il (23:59 Moskva vaxtı ilə).
Xatırlatmaq istərdik ki, FAKESTIVAL feyklərin və konsepsiyaların qəbul olunduğu ilk beynəlxalq reklam və dizayn festivalıdır. FAKESTIVAL tədbiri real sifarişçiyə malik olmayanlara ideyalar vermək və gənc peşəkarları dəstəkləmək üçün nəzərdə tutulub. FAKESTIVAL-ın sayəsində artıq bir neçə layihə öz sifarişçilərini tapmışdır və onların gənc müəllifləri peşəkar mühitdə hesab olunurlar. 3-cü Beynəlxalq FAKESTIVAL (Festival of Fake Advertising and Concepts) festivalı bu il 15-18 avqust 2013-cü il tarixində Riqada (Latviya) keçiriləcək və biz hər kəsi bu maraqlı tədbirə dəvət edirik. Festivalın proqramı 3 günlük seminarlar, master klasslar və əyləncə gecələrindən ibarətdir.
Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "3rd International Festival of Fake Advertising and Concepts" festivalının media partnyorudur.