Reklam və marketinq üzrə ilk Mərkəzi Asiya festivalı olan Red Jolbors Fest in juri tərkibinə Rusiyanın və Qazaxıstanın reklam və marketinq sahəsində professional ekspertləri daxil oldular. Bu haqda tədbirin təşkilatçıları məlumat verdilər. Red Jolbors Awards ın jurisinə Rusiyada ən çox mükafatlandırılan, Doğuş agentliyinin art direktoru Vladeslav Derevyannıx başçılıq edəcək. 2013 cü ildə o, Kan şirləri adlı beynəlxalq reklam festivalında kreativ RA agentliyinin tərkibində çıxış edərək 5 qızıl olmaqla 7 şirin sahibi olmuşdur.
Red Jolbors Fest festivalının juri tərkibi belədir
Fərxad Kiçkarov, Mərkəzi Asiyada ilk reklam agentliyi olan AdAsia nın yaradıcısı, Tomatdesign studiasının strateq
Kseniya Lukiçeva, AdMe. ru da olan materialların müəllifi və redaktoru, ən yaxşı şərhçilərindən biri
Vasiliy Lebedev, Red Keds agentliyinin kreativ direktoru və təsisçisi
Aleksey Meşkov, İnstinct agentliyinin kreativ direktoru
İlya Timofeyev, Qazaxıstanın GOOD agentliyinin kreativ direktoru
Sergey Andriyaşkin, AQT agentliyinin marketinq kommunikasiyaları üzrə direktor
Kristoff Mussye, McCann Almaty nin kreativ direktoru
Mərkəzi Asiyada olan marketinq kommunikasiyalarının inkişafı xeyli aktivdir. Maraqlı layihələr, komandalar, işlər meydana gəlir. Bu vəziyyətdə infrastruktur, yəni konfranslar, festivallar, reytinq, müsabiqələr çox önəmlidir. Bütün bunlar qiymətləndirməyə, ən yaxşı praktikaların meydana gəlməsinə, başqa ölkələrdən olan professionallarla bilik mübadiləsinə, ünsiyyətə, həmçinin gələcəkdə bazarın inkişafına, yeni istedadların yaranmasına kömək edir. AQT nin marketinq marketinq kommunikasiyaları üzrə direktoru Sergey Andriyaşkin 2013 cü ildə Red Jolbors Fest in bunun üçün yaxşı meydan olacağını vurğuladı. Xatırladaq ki, 5 avqust tarixində Red Jolbars Awards a ərizələrin verilməsi başlayıb. Burada reklam çarxı, inteqrasiya olunmuş kampaniya, digital, qrafik dizayn, PR proyektlər kimi kateqoriyalar təqdim olunmuıdur.Ərizələrin qəbulu 28 avqust tarixinə qədər davam edəcəkdir.
Mərkəzi Asiyada reklam və marketinq üzrə ilk festival olan Red Jolbars Fest 4, 5 avqust tarixində Bişkekdə keçiriləcək. Əlavə məlumat üçün bu sayta baxa bilərsiniz http://www.jolbors.com/
Festivalın general portnyoru Coca Cola Bishkek Bottlers dir. Rəsmi portnyorları beynəlxalq mobil operator Beeline, Kumtor layihəsi, Həyat oteldir. Həmçinin portnyorlar arasında AdAsia, qərarlar agentliyi GOOD, HTC teleradioşirkəti, Communications.kz, Uvision, CA News, PR.uz, Facemark.az, #ONE MAGAZINE, Arbuz reklam agentliyi, Lost Sex, City Lab, Tazabek, CabMarket,ASIA Plus informasiya agentliyi var.