FAKESTİVAL real sifarişçisi olmayan ideyalara işıq üzü vermək və bununla da gənc professionallara dəstək olmaq üçün düşünülmüşdü. Festivalın köməyilə bir neçə gözəl layihə öz sifarişçisini tapmış, gənc müəlliflər isə professional aləmdə hörmət qazanmışlar.


Əfsanəyə görə ilk festivalın sloqanı "Чтобы придумываЛОСЬ, получаЛОСЬ и принимаЛОСЬ" idi.




FAKESTİVAL da iştirak üçün bu işlər qəbul olunur:


1. Real mövcud olan brendlər üçün yerinə yetirilmiş, amma sifarişçisi olmayan işlər


2. Sifarişçi tərəfindən qəbul olunmayan işlər


3. Təsəvvür edilən sifarişçilər üçün görülən işlər




Şort- listə daxil olmayan, lakin "maral" mükafatını alan işlərə təbrik kartı verilir. Kartın üzərində "Böyük sevinclə əməyinə görə verilir" sözləri yazılır.Wordshop Kommunikasiyalar Akademiyası xüsusilə qaliblər üçün ölkənin ən möhtəşəm reklam akademiyasında təhsil almaq üçün böyük güzəştlər hazırlayıb. Qran-pri mükafatının qalibi 50%, qalib isə bütün nominasiyalarda 20% güzəşt əldə edir.



Universitet- həyat üçün vizadır


Wordshop- Kann üçün vizadır



İşlər aşağıdakı kimi qiymətləndirilir:



1. Şort- listlərin formalaşdırılması. Hər bir juri üzvü işləri sadə bir qayda ilə "hə və yaxud yox" deməklə qiymətləndirir. Çox səs toplayan işlər şort-listə daxil olur.


2. Qalibləri seçmək üçün juri üzvləri şort- listə daxil olan hər bir işi 5 ballıq şkala ilə qiymətləndirir, sonra hər bir işə görə verilən ballar toplanır. Nəticədən asılı olaraq hər nominasiyada 3 yer üzrə mükafat verilir.


3. Qiymətləndirmənin kriteriyaları: ideyanın yeniliyi, orijinallığı, işin keyfiyyəti və təqdimetmə.




Qarşıda bir çox əlamətdarhadisələr: tanınmış reklam və dizayn ustalarının mühazirələri, İKPE günü (burada iştirakçılar general sponsor olan WİSH üçün konsepiyalar düşünürlər) var. Juri qalibin adını 18 avqustda Riqa şəhərində keçirilən təntənəli mükafatlandırma mərasimində açıqlayacaq. Festival haqqında ətraflı məlumatı http://fakestival.ru/short saytından əldə edə bilərsiniz.