“Statista” statistika şirkətinin dərc etdiyi məlumata əsasən, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri ən çox “Coca-cola” brendini müzakirə edirlər.
Qrafik “Fan Page List” xidməti tərəfindən real vaxt rejimində yenilənən statistika əsasında tərtib edilib. Araşdırmaya əsasən, dünyanın ən böyük sosial şəbəkəsinin milyondan çox istifadəçisi öz səhifəsində “Coca-cola” brendini müzakirə edirlər. İkinci və üçüncü pillədə müvafiq olaraq “Avon” kosmetik şirkəti və “Walmart” supermarketlər şəbəkəsi qərarlaşıb. “Visa” ödəniş sistemi 10-cu yerdə qərarlaşıb.
Dünyanın ən böyük qazlı içki istehsalçısı “Coca-cola” şirkəti 2005-dən 2011-ci ilədək “Interbrand” beynəlxalq agentliyi tərəfindən dünyanın ən bahalı brendi elan edilib.
“Statista” şirkəti internetdə keyfiyyətli reytinq araşdırmaları ilə məşğul olur, nəticələrini alman və ingilis dillərində dərc edir. O, “Mashable.com”, “Forbes” və “Buisness Insider” nəşrləri ilə əməkdaşlıq edir.