Avqustun 15- dən 18- dək Riqada reklam feykları və konsepsiyalar üzrə 3- cü beynəlxalq FAKESTİVAL keçirildi. Bazar günü Albert otelində qaliblərin təntənəli şəkildə elan olunması mərasimi keçirildi. Qran- pri mükafatını qalmaqallı "Make the World Closer" reklam çarxı əldə etdi.


FAKESTİVAL yaradıcı bacarıqları və kreativliyi nümayiş etdirmək üçün məhsuldar meydandır. Məsələ bundadır ki, kreativçilər həmişə müştərinin arzuları, dəb və briflərlə kifayətlənirlər. Bəzən hətta festival üçün ən yaxşı iş müştəri üçün aktual olmaya bilər. Festivalın çox gənc olmasına baxmayaraq artıq gələn ildən burada iştirak etmək istəyənlərin ardı- arası kəsilməyəcək. "Gələn il mütləq festivala iştirakçı kimi gələcəm"-Moskvanın "Clever" agentliyinin kreativ direktoru Benjamin Benimana bildirib.



Festivalı Avropanın hər yerindən kreativ direktor və reklam agentliklərinin yaradıcıları qiymətləndirirdilər. Onların arasında 8 Kann şirləri mükafatçısı, RA "Doğuş" un agentliyinin kreativ direktoru Andrey Qubaydullin, Ümumukrayna reklam koalisiyasının idarəedici direktoru Maksim Lazebnik, "Havas Prague"nin kreativ direktoru Pavel Sobek, Britaniya Ali Dizayn məktəbinin müəllimi Umberto Ciraudo və başqaları var idi.


Festivalın mükafatı təmamilə konseptə uyğundur: ənənəvi heykəllərin yerinə qaliblərə "maral başı" təqdim olunur. Bildiyiniz kimi "maral" festivalın simvoludur. Proqram mühazirələrdən, master- klasslardan və dəyirmi masalardan ibarət idi. Andrey Qubaydullin hansı müştərilərlə işləmək lazım olduğu haqda danışdı. Ən məhsuldar gün İKPa məktəbinin verdiyi master- klassların keçirildiyi gün idi. İştirakçılar bir neçə saat ərzində İsveçrənin Wish saatları üçün reklam hazırladılar. Reklam dərhal juriyə təqdim olundu və onlardan 2- si gümüş və bürünc "maral" qazandılar. Master- klasslara gəlincə onlardan ən parlağı Direct Design Visual Branding agenltliyinin kreativ direktoru Leonid Feyginın keçdiyi mühazirə idi. Bu mühazirələrdə Leonid psixoloji treyninqlərin köməyilə reklamçıların "sroritellinq" adlandırdıqları "gözəl və maraqlı danışmaq" mədəniyyətini öyrədirdi. İştirakçıların gözlərini bağlayaraq onları bir- birlərinə toxunmaqla görmədən təsvir etməyi tələb edirdilər.



İlk FAKESTIVAL onlayn platformada,2- ci Dağlıq Altayda Katuni çayının sahilində keçirilmişdir. Bu ilki festival isə Avropaya çıxdı. Fstival Albert otelində keçirilirdi, amma keçən ilki təbiət ecazkarlığı(konfrans zalında əkdirilmiş ağcaqovaq ağacının ətri hər yeri bürümüşdü) qalırdı. Bu da festival belə səmimi və asan keçməsinə şərait yaratmışdı.