İnternet vasitəsilə aparılan ticarətdə pul transferi və ödəmə xidmətlərini təmin edən PayPal şirkəti yeni bir tətbiqə başlayır. Yeni ödəmə sistemi mağazaların istifadəçinin fotoşəkiliylə yoxlama apararaq ödəmə edə bilməsini təmin edir.
İngiltərədə test edilən sistem müvəffəqiyyətli olsa, telefondan bir PIN kodu daxil etmək və mağazanın fotoşəkili yoxlanışı ilə pul kisəsi daşımadan ödəniş etmək mümkün olacaq: “Bu həqiqətən barmaq izi kimidir, zamanla dəyişmir. Buna görə də mağazalarda bu andakı halınızı göstərən bir şəkiliniz varsa, eyni rəsmi istifadə edərək beş il içində şəxsiyyətinizi müəyyən edə bilirlər. Bank məlumatları, ünvanlar dəyişə bilər, ancaq barmaq iziniz ya da üzünüzün quruluşu dəyişməzdir"
Danimarkada da kredit kartlarına rəqib olacaq yeni bir tətbiq həyata keçirilib. Biləklik olaraq istifadə edilən çip sayəsində ödəmələri şifrəyə ehtiyac olmadan bir saniyə içində reallaşdırmaq artıq mümkündür.
NFC adı verilən texnologiya ağıllı telefonlar vasitəsilə də istifadə edilə bilinir. Danimarkada mindən artıq market müştərilərinə bu texnologiyanı istifadə etmək imkanı təqdim edir. Kredit kartı ilə aparılan ödəmə əməliyyatı ən az 7 saniyə davam edərkən, NFC üçün bir saniyə yetərlidir.