Reklam və marketinq üzrə ilk Mərkəzi Asiya festivalı Red Jolbors Fest Red Jolbors Awards regionunda ən yaxşı reklam müsabiqəsinə təqdim olunacaq işlərin qəbulunu 7 sentyabra qədər uzatdı. Bu haqda festivalın təşkilatçıları məlumat verdilər.
Xatırladaq ki, Red Jolbors Fest 4-5 oktyabrda Bişkekdə keçiriləcək. Bu festivalda marketoloqlar, reklamçılar, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacıkistan və Azərbaycandan ictimaiyyətlə əlaqələr üzrə peşəkarlar iştirak edəcəklər.
Beynəlxalq Jurinin tərkibinə- Fərhad Kuçkarov, Tomatdesign (Rusiya), Kseniya Lukiçeva (AdMe.ru), Vasiliy Lebedev, Red Keds (Rusiya), Aleksey Meşkov, İnstinct (Rusiya), İlya Timofeyev, GOOD (Qazaxıstan), Sergey Andriyaşkin, kommunikasiya agentliyi AQT (Rusiya), Kristoff Musye, McCann Almaty, Atilla Erlikaya, Coca- Cola Icecek (Türkiyə) daxildir. Juriyə Rusiyada ən çox mükafat alan "Doğuş" agentliyinin art direktoru Vladislav Derevyannıx başçılıq edirdi.
Festivalda iştirak üçün ərizələrin qəbulu haqda, həmçinin əlavə məlumat əldə etmək üçün bu sayta www.jolbors.com baxa bilərsiniz.
Müsahibə işlərinin təqdim olunması ilə bağlı sualları bu saytda welcome@worldofad.asia festivalın partnyoru AdAsia-ya müraciət etməklə cavablandıra bilərsiniz.
General partnyor- Coca-Cola Bishkek Bottlers
Rəsmi partnyoru – Beynəlxalq mobil operatoru Beeline, "Kumtor" layihəsi, , "Həyat" otel
Partnorların arasında– AdAsia, GOOD! agentliyi, НТС teleradioşirkəti, McCann Almaty agentliyi, Communications.kz, Yvision, CA-News, PR.uz, Facemark.az, #ONE MAGAZINE, Arbuz reklam agentliyi, Loft "Sex", CityLab, Tazabek, CabMarket, "ASIA-Plus" informasiya agentliyi, texniki partnyor - ZАО "SAIMA TELECOM"
Qeyd etmək istərdik ki, Facemark.az saytı "Red Jolbors Fest" tədbirinin media partnyorudur.