Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” "Shutterstock” fotobankı ilə əməkdaşlıq sazişi bağlayıb. “Facebook”un səhifələrində elan yerləşdirən elan verənlər sözügedən fotobankın bazasındakı fotolardan ödənişsiz istifadə edə biləcəklər. Peşəkar fotobankın unikal fotoşəkillərindən istifadə elan verənlərə öz elanlarına daha çox diqqət cəlb etməyə imkan verəcək. Bu, həm onlara, həm də “Facebook” administrasiyasına sərfəli olacaq. Fotoşəkillərin müəllifləri isə sosial şəbəkə istifadəçisinin maraqlandığı hər elandan müəyyən faiz alacaqlar.