"Yahoo!" fotoların tanınması üçün texnologiya həlləri üzrə ixtisaslaşmış "IQ Engines" şirkətini satın alıb. Tərəflər sazişin şərtlərini açıqlamır, lakin "IQ Engines" şirkəti öz saytında bu barədə məlumat verib və deyib ki, saziş bağlandıqdan sonra "Flickr"in tərtibatçılar heyətinə qoşulacaqlar. Xatırladaq ki, "IQ Engines" şirkəti 2010-cu ildə təsis edilib. Şirkət təsvirlərin vizual tanınması üçün platforma, həmçinin iki "API" dəsti hazırlayıb.