Reklam və marketinq üzrə Beynəlxalq Moskva festivalının təşkilat komitəsi müsabiqə proqramına olan işlərin qəbulunu 2013-cü il sentyabrın 6-dək uzadır.
Əsas reklam tədbirlərindən biri olan reklam və marketinq üzrə Beynəlxalq Moskva Festivalı 2013-ün başlamasına sadəcə 4 həftə qalır. Bu il festivalın müsabiqə proqramına rekord sayda ərizə təqdim olunub. Axı RED APPLE 2013 festivalının qaliblərini dünyanın məşhur ulduzlarından ibarət juri müəyyən edir. Xatırladaq ki, bu il seçimlər iki mərhələdə aparılacaq. Rusiyanın və SNQ ölkələrinin kommunikasiya sahəsinin ən aparıcı nümayəndələrindən ibarət onlayn-juri 9-20 sentyabr tarixinədək təqdim olunan bütün işləri qiymətləndirərək finalçıları müəyyən edəcəklər. Daha sonra ABŞ, Fransa, Finlandiya, Rumıniya, İngiltərə, Çexiya, Almaniya, Qazaxıstan, Avstriya, Çin, Niderlandın ən yaxşı reklamçılarından ibarət beynəlxalq juri qalibləri müəyyən edəcək. Beynəlxalq jurinin sədr müavini Hasan&Parters (Helsinki) agentliyinin yaradıcısı və kreativ direktoru Ami Hasan olacaq.
Jurinin bütün xarici üzvləri, məşhur rus kreatorları, rejissorları, dizayner və rəssamları ilə birlikdə 26-27 sentyabr Digital October mərkəzində keçiriləcək elmi proqramda mütləq çıxış edəcəklər.
Qeyd edək ki, Facemark.az bu il də RED APPLE 2013 festivalının media partnyorudur. Təəccüblənməyə və fikirlərinizi bölüşməyə hazır olun! Müsabiqəyə ərizələrin qəbulu və elmi proqramda iştirak etmək üçün bilet əldə etmək istəyənlər Red Apple festivalının saytına www.festival.ru baxa bilərlər.