Moskvanın beynəlxalq reklam və marketinq festivalı Red Apple və Yuriy Zapol adına fond yenidən Beynəlxalq Kann Festivalı 2014-də iştirak etmək üçün gənc kreatorlara imkan yaratdı. Gənc Kreatorlar müsabiqəsi 2013-cü il sentyabrın 6-dan 18-dək, 2 turda keçirilir. Birinci tura göndərilmiş işlər onlayn münsiflər heyəti tərəfindən qiymətləndirilir və 5 komandanın seçilməsi ilə finala çıxır. Müsabiqədə iştirak etmək üçün 2 insandan(art direktor və kopirayter)ibarət komanda dəvət olunur.
Müsabiqədə iştirak etmək üçün əsas tələblər:
-RF vətəndaşı olmaq
-ingilis dilini bilmək
-Apple Mocintoshda işləmək bacarıqları
-xarici pasportun olması
-28 yaşdan böyük olmaması
Əsas mükafatlar-Cannes Lions, Red Apple "qızıl alma" sı və Reklam birliyi tərəfindən təşəkkür.
Birinci tura brif xeyriyyə kampaniyası Foodbank Rus tərəfindən təklif olunmuşdur. İştirakçılara insanlarda yeməyə qarşı daha yaxşı münasibət oyadan layihələr təqdim etmək təklif edilir.
Daha ətraflı http://festival.ru/creators saytda məlumat əldə edə bilərsiniz.
İşlər sentyabrın 18-i saat 10.00-a qədər qəbul olunur. Daha maraqlı məlumatları bizim saytımızdan www.festival.ru, həmçinin Facebook səhifəmizdən
https://www.facebook.com/Festival.Red.Apple əldə etmək olar.