Biletləri sentyabrın 10-dan oktyabrın 2-dək əldə etmək olar. Biletin qiyməti 65 dollardır. Festival 4, 5 oktyabrda Bişkekdə keçiriləcək. Proqrama Rusiyadan, Qazaxıstandan və Avropadan gəlmiş peşəkarların çıxışı, regionda ən yaxşı reklam istehsalçısının mükafatlandırılma mərasimi, həmçinin əyləncə gecələrinin təşkili daxildir. Ətraflı məlumatı www.jolbors.com saytından əldə edə bilərsiniz.
"Biz maraqlı və məlumatlandırıcı proqram hazırlamışıq. Buraya dizayn, kreativ, digital, prodakşn və piarın müzakirə olunduğu JolborsTalks diskussiyalarının təşkili də daxildir. Əlbəttə ki, əyləncə gecələrindən də imtina edə bilmədik, çünki məhz bu gecələrdə reklamçılar bir-birləri ilə əlaqələr qurur".- Restivalın təşkilatçılarından biri olan Dərya Suxodolova danışdı.
Biletlərin qiymətinə daxildir:
- bütün master klasslara və tədbirlərdə iştirak
- 5 oktyabrda keçiriləcək Red Jolbors Awards mükafatlandırma mərasimində iştirak
- festivalın şərəfinə keçiləcək əyləncə gecəsində iştirak
- kofe-breyk və furşetlər
Xatırladaq ki, festivalın spikerləri arasında PA "Doğuş" un art-direktoru Vladeslav Derevyannıx, Tomatdesign studiyasının kopirayteri Fərhad Kuçkarov, ADME.ru saytının redaktoru materialların müəllifi Kseniya Lukiçeva,
RedKeds agentliyinin yaradıcı direktoru Vasiliy Lebedev, PeopleTalk rabitə agentliyinin idarə direktoru Serqey Andriyaşkin, Instinct agentliyinin yaradıcı direktoru Aleksey Meşkov,
GOOD! agentliyinin yaradıcı direktoru İlya Timofeyev və
McCannAlmaty agentliyinin yaradıcı direktoru Kristoff Musse, "Coca-Cola Icecek" ın ictimai və korporativ əlaqələr üzrə direktoru Atilla Yerlikaya da daxildir.
"Red Jolbors Fest" ın təşkilatçıları kimi VB internet-redaksiyası, Nanba Media reklam agentliyi, SunPeople yaradıcı birliyi çıxış edir.
Tədbirin rəsmi partnyorları-beynəlxalq mobil operatoru Beeline, "Kumtor" layihəsi və "Həyatt" mehmanxanasıdır.
Partnyorların arasında AdAsia, GOOD! agentliyi, NTS teleradio şirkəti, McCannAlmaty agentliyi, Communications.kz, Yvision, CA-News, PR.uz, Facemark.az, #ONEMAGAZINE, Arbuz reklam agentliyi, "Цех" Loft, CityLab, Tazabek.