Hasan&Partners agentliyinin banisi və yaradıcı direktoru "Ami Həsən" 2013-cü ildə "Moskva Beynəlxalq reklam Festivalı" Red Apple -da münsiflər heyətinin sədri olacaq. O, dünya reklam bazarının ən müvəffəqiyyətli və istedadlı insanlarından biri hesab olunur və 25 illik karyera dövründə incəsənət-direktoru, kopirayter, account-direktor, yaradıcı direktor, icraçı direktor və idarəetmə kimi vəzifələrdə çalışıb. Hasan&Partners-in sədri bir çox nüfuzlu beynəlxalq müsabiqələrinin də mükafatçısıdır. O həmçinin CannesLions, Clio, Eurobest, Epica, Cresta və s. mükafatlara layiq görülmüşdür. Onun müştərilərinin arasında "Nokia, IKEA, TeliaSonera, H&M, Fazer, Arla, Kone""Wärtsilä" kimi şirkətlər yer alır.
Festival ərəfəsində Ami Həsən iştirakçılara və festivalın qonaqları üçün xüsusi olaraq video müraciət hazırladı. Çarxda o, ilin ən əhəmiyyətli marketinq tədbirlərindən birində iştirakçıları ideyalarla mübadilə etməyə çağırır və Moskvaya olan hisslərindən danışır.
Çarx buradan izləmək olar. Red Apple festivalına bilətləri tədbirin keçirilmə günlərində də əldə etmək mümkündür. Daha maraqlı xəbərləri siz tədbirinin saytındanFacebook səhifəsindən izləyə bilərsiniz.
Qeyd edək ki, Facemark.az keçən il olduğu kimi, bu il də "RED APPLE 2013" festivalının media partnyorudur.