Qəhvə - qəhvəyi rəngli xırda dənəvər, özünəməxsus təbii qəhvə ətrinə və dadına malik olan tozvari məhsuldur. Qəhvə istehlakının artmasıyla yanaşı, istehlakçıların qəhvə çəyirdəkləri ilə bağlı narahatlıqları da artmağa başladı. Starbucks isə, bu narahatlıqlara son qoymaq məqsədilə, qəhvə çəyirdəklərinin necə və harada toplanıb hazırlandığı ilə bağlı bir reklam kampaniyası hazırladı. Markanın bu ilki ən iddialı kampaniyası olaraq atdığı addım üçün Starbucks Qlobal CMO "Sharon Rothstein" bildirdi ki; "Çoxdandır qəhvə dənəvərlərinin toplanma, seçilmə və işlədilmə prosesini paylaşmadığımızı fərq etdik və bunu gerçək bir səslə izah etmək istədik". "BBDO" tərəfindən hazırlanan reklam çarxının ilk dəfə olaraq Emmy Mükafatları gecəsində tamaşaçılara təqdim olunacağı nəzərdə tutulub.