Red Jolbors Fest festivalına Qırğızıstan, Qazaxıstan, Tacıkistan, Özbəkistan və Azərbaycandan cəmi 253 iş təqdim olunmuşdur. Lonq-listlərlə festivalın saytında http://www.jolbors.com/blog/post/34/ ətraflı tanış olmaq olar.
"Biz festivalın Mərkəzi Asiyada və onun hüdudlarında bu qədər maraq doğurduğuna şad olduq. Bizə hətta Rusiya, Ukrayna və Latviyadan da işlər göndərilmişdir, lakin festivalda yalnız bizim regionumuzdan olan işlər qəbul olunduğuna üçün biz onları qəbul edə bilmədik"-bu haqda festivalın prezidenti Dina Maslova danışdı.
Təşkilatçılar bildirdilər ki, təqdim olunan işlərin çoxusu "Qrafik dizayn"-43, "İnteqrasiya olunmuş kampaniya"-12, "Çap və xarici reklam"-39, "Digital"-35, "PR layihələr"-10 və "Radio"-3 kateqoriyalarıdır. Bunlardan 107-si Qırğızıstandan, 70-i Qazaxıstandan, 9-u Tacıkistandan, 26-sı Özbəkistandan və 9-u Azərbaycandandır.
Münsiflər heyətinin sədr müavini Rusiyada ən çox mükafatlandırılan RA "Vosxod" agentliyinin art-direktoru Vladislav Derevyannıx idi.
Red Jolbors Fest festivalının təşkilatçıları- "VB" internet redaksiyası, Namba Media reklam agentliyi və Sun People yaradıcı birliyidir.
Festivalın beynəlxalq münsiflər heyətinə- Fərhad Kuçkarov, Tomatdesign (Rusiya); Kseniya Luliçeva (AdMe. ru); Vasiliy Lebedev, Red Keds (RF); Aleksey Meşkov, Instinct (RF); İlya Timofeyev, GOOD! (Qazaxıstan); Sergey Andriyaşkin, kommunikasiya agentliyi AQT (RF); Kristoff Musye, McCann Almaty; Atilla Erlikaya , Coca-Cola Icecek (Türkiyə) daxildir.
General portnyorlar-Coca-Cola Bishkek Bottlers. Rəsmi portnyorlar- beynəlxalq mobil operator Beeline, "Kumtor" layihəsi, "Həyt oteli. Digər portnyorlar-AdAsia, GOOD!, "НТС" teleradio şirkəti, McCann Almaty agentliyi, Communications.kz, Yvision, CA-News, PR.uz, Facemark.az, #ONE MAGAZINE, "Arbuz" reklam agentliyi, loft "Sex", CityLab, Tazabek, ASIA-Plus informasiya agentliyi, biznes saytı Kommersant.uz. Texniki portnyor- ZAO SAIMA TELECOM.