FAKESTİVAL yaradıcı bacarıqları və kreativliyi nümayiş etdirmək üçün məhsuldar platformadır. Məsələ bundadır ki, kreativçilər həmişə müştərinin arzuları, dəb və briflərlə kifayətlənirlər. Bəzən hətta festival üçün ən yaxşı iş müştəri üçün aktual olmaya bilər. Festivalın çox gənc olmasına baxmayaraq artıq gələn ildən burada iştirak etmək istəyənlərin ardı- arası kəsilməyəcək. "Gələn il mütləq festivala iştirakçı kimi gələcəm" - Moskvanın "Clever" agentliyinin kreativ direktoru Benjamin Benimana bildirib. Avqustun 15-dən 18-dək Riqada reklam feyklar və konsepsiyalar üzrə 3-cü beynəlxalq FAKESTİVAL keçirildi. Sözügedən tədbirin final video çarxını izləyicilərə təqdim edirik. Hər şey uğurla həyata keçdi və müvəffəq oldu!



İlk FAKESTIVAL onlayn platformada 2-ci isə, Dağlıq Altayda Katuni çayının sahilində keçirilmişdir. Bu ilki festival isə Avropaya çıxdı. Festival Albert otelində keçirilirdi və bu öz növbəsində festivalın belə səmimi və maraqlı keçməsinə şərait yaratdı.



Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "3rd International Festival of Fake Advertising and Concepts"festivalının media partnyorudur.



Fakestival 2013 from Fakestival on Vimeo.