Red Jolbors Fest festivalının mükafatlandırma mərasimi 4-5 oktyabrda Bişkekdə keçirildi. Bu tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacıkistan və Azərbaycandan 400-dən çox reklamçı, marketoloq və PR-peşəkarlar iştirak edirdi. Bundan başqa Belarusiya və Rusiyadan da qonaqlar var idi. 122 işin daxil olduğu şort-listi münsiflər heyətinin üzvləri onlayn seçirdilər, amma qalibləri mükafatlandırma mərasimi zamanı müəyyən edirdilər. Uzun və qızğın mübahisələrdən sonra münsiflər heyəti qalibləri müəyyən etdi.Onlar bir neçə kateqoriya və nominasiyada seçildilər.


"Red Jolbors Fest" ın münsiflər heyətinin sədr müavini Rusiyada ən çox mükafatlandırılan art-direktoru, RA Doğuş agentliyinin art direktoru Vladislav Derevyannıx qeyd etdi ki, qaliblərin seçilməsi prosesi dost şəraitində keçdi.



"Münsiflər heyətinin sədr müavini kimi məni 2 səsim var idi. Bu o demək idi ki, hər hansı bir mübahisəli məsələdə tərəzini öz xeyrimə dəyişə bilərdim, amma mən bundan yalnız 1 dəfə istifadə etdim. Başqa məsələlərdə münsiflər heyətinin üzvləri bir-birini çox diqqətlə dinləyir, hər bir işi dərindən gözdən keçirir, zəif və güclü işləri düzgün qiymətləndirməyə çalışırdılar."-Vladislav Derevyannıx bildirdi.



O, bildirdi ki,belə festivalların keçirilməsi bu sahənin inkişafı üçün böyük bir töhfədir. Nə qədər çox festivallar keçiriləcək o qədər də reklam bazarı inkişaf edəcək və peşəkar reklam çarxları yaranacaq.



Mükafatların böyük hissəsi Qazaxıstandan olan reklam agentliklərinin payına döşür-müxtəlif kateqoriyalarda 28 bürünc, gümüş və qızıl "şir" Qazaxıstanın GForce Grey agentliyi "Vışıbalı" reklam çarxına görə Qran-Pri mükafatçısı oldu, mükafatların sayı 13, Qran-Pri daxil olmaqla "Festivalın Agentliyi" seçildi.



Qırğızıstandan olan agentliklər və studiyalar festivalda 11 "şir" mükafatını qazandılar. Bundan başqa Qırğızıstan agentliyi "SandS Design" "Qrafik dizayn" kateqoriyasında GOOD agentliyi tərəfindən xüsusi priz qazandı. Özbəkistan festivaldan 11, Azərbaycan 4 mükafat qazandı, Tacıkistan isə bu il mükafatsız qaldı. Amma iştirakçılar inanırlar ki, 2014-cü ildə bu ölkə mükafatsız qalmayacaq.



Xatırladaq ki, beynəlxalq münsiflər heyətinin tərkibinə Mərkəzi Asiyada ilk reklam saytının yaradıcısı AdAsia, Tomatdesign studiyasının strateqi və kopirayteriFərhad Kuçkarov, ADME.ru-da olan materialların redaktoru və müəllifi Kseniya Lukiçeva , Red Keds agentliyinin kreativ direktoruVasiliy Lebedev, AQT kommunikativ agentliyinin idarəetmə direktoru Sergey Andriyaşkin , İnstict agentliyinin kreativ direktoru Aleksey Meşkov, GOOD agentliyinin kreativ direktoru İlya Timofeyev, McCann Almaty agentliyinin kreativ direktoru Kristoff Musye , Wirefreme studiyasının art-direkroru və yaradıcısı Mixail Qruşenkov daxil idi.



"Red Jolbors Fest"in qalibləri:



1. Kateqoriya - "PR-layihələr"



Nominasiya-"İdeya" - qaliblər olmadı


Nominasiya -"Effektivlik"


Gümüş-BFİ SQ (Qırğızıstan)


İş: Qadın hüququ-İnsan hüququ



2.Kateqoriya -"Radio"



Nominasiya-"İdeya"


Qızıl-GForce Grey (Qazaxıstan)


İş: Duracell "Veteran"



3.Kateqoriya -"Çap və xarici reklam"



Nominasiya - "Qeyri-standart qərarlar" - qaliblər olmadı



Nominasiya - "Ən yaxşı "illüstrasiya"


Bürünc-GForce Grey (Qazaxıstan)


İş: "Möhtəşəm əsas" təqviminə illüstrasiyalar


Qızıl-GForce Grey (Qazaxıstan)


İş: "Kaspi" təqvimi


Nominasiya-"Kreativ"


Bürünc-GForce Grey (Qazaxıstan)


İş: "Klounlar və Yollar"


Gümüş- "Bezloqo" agentliyi (Özbəkistan) "Naportaçili"


Gümüş-Brandbox Creativ (Özbəkistan)


İş: "Əsl rahatlıq"



Nominasiya-"Icra bacarığı"


Gümüş-GForce Grey (Qazaxıstan)


İş: "Kaspi" təqvimi


Gümüş- "Bezloqo" agentliyi (Özbəkistan)


İş: "Naportaçili"


Nominasiya-"Seriya"


Bürünc-McCann Almaty (Qazaxıstan)


İş: "Reklam xəstələri sağalmazdırlar"



4. Kateqoriya - "İnteqrasiya olunmuş reklam kampaniyası"



Qızıl-McCann Almaty (Qazaxıstan)


İş: "Reklam xəstələri sağalmazdırlar"


5.Kateqoriya-Digital



Nominasiya-"Virus kampaniyası"


Qızıl-"Beloçka" agentliyi (Qazaxıstan)


İş: "Qazaxıstanın Adamslar ailəsi"



Gümüş - Magnum agentliyi ( Azərbaycan)


İş: "AGBank bankomatı"



Nominasiya-"Ən yaxşı korporasiya saytı"- qaliblər olmadı



Nominasiya-"Ən yaxşı promo-sayt" - qaliblər olmadı


Bürünc-fingers Group agentliyi (Qazaxıstan)


İş: "Sakta"



Nominasiya -"İnterfeys dizaynı"


Bürünc - SandS Design studiyası (Qırğızıstan)


İş: "Nöqtəyə"



Nominasiya-"Şəbəkədə kampaniya"


Bürünc - Digitalbr@nd agentliyi (Azərbaycan)


İş: Avropalıdan daha avropalı




6.Kateqoriya -"Qrafik dizayn"



Nominasiya - "Çoxsahəli nəşrlər"


Bürünc-USSO Design (Özbəkistan)


İş: Best songs 13x13


Bürünc-"Mozgami Studio" studiya (Qırğızıstan)


İş: "Möhtəşəm əsas" təqvimi


Gümüş-GForce Grey (Qazaxıstan)


İş: "Kaspi" təqvimi


Qızıl-Aleksey Lısaqorov (Qırğızıstan)


İş: Ənsevimli sovet komediyaları



Nominasiya-"Konsept"


Bürünc-Brandbox Creativ (Özbəkistan)


İş: Coca Cola Uzbek Edition


Bürünc- "Bezloqo" agentliyi (Özbəkistan)


İş: Concept West School CIS



Nominasiya - "Promo-materialların dizaynı"


Bürünc-McCann Almaty (Qazaxıstan)


İş: "Məqsədli direkt-meyl"


Gümüş-GForce Grey (Qazaxıstan)


İş: "Kağızda qəza"



Nominasiya - "Qablaşdırma"


Bürünc-GForce Özbəkistan (Özbəkistan)


İş: "Sutelle südü üçün qablaşdırma"


Gümüş - Genna Baku (Azərbaycan)


İş: "Şirələr üçün qablaşdırma+More


Qızıl-Brandbox Creativ (Özbəkistan)


İş: Bookcafe Blend Ground Coffee


Qızıl-SandS Design (Qırğızıstan)


İş: "Qofradan hədiyyələr"



Nominasiya -"Loqolar"


Gümüş-fingers Group (Qazaxıstan)


İş: "Tim-Tim uşaq geyim mağazası üçün loqo"


Bürünc-"Mozqami studio" (Qırğızıstan)


İş: "Telegraph" bar-restoran üçün loqo


Gümüş-"Bezloqo" agentliyi (Özbəkistan)


Gümüş-Aleksey Lısaqorov (Qırğızıstan)


İş: Artmebel


Gümüş-USSO Design agentliyi (Özbəkistan)


İş: Khorezm


Qızıl-iMedia bürosu (Qırğızıstan)


İş: iMedia üçün loqo



Nominasiya - "Loqotip və korporativ identifikasiya"


Bürünc - "Paradox" agentliyi (Azərbaycan)


İş: Commonist


Bürünc - USSO Design (Özbəkistan)


İş: "Norma"


Bürünc-"Paradox" agentliyi (Azərbaycan)


İş: "Paradox"


GOOD agentliyi-xüsusi nominasiya


Qalib: SandS Design (Qırğızıstan)


İş: "Qofradan hədiyyələr"



7.Kateqoriya -"Reklam çarxı"



Nominasiya - "Sosial çarx"


Gümüş-Antares Creative Group (Qırğızıstan)


İş: "Əfsanənin yaranması"



Nominasiya - "İdeya"


Bürünc-Openeyes DDB (Qazaxıstan)


İş: "Təravət naminə"


Bürünc-Red Creative Agency (Qazaxıstan)


İş: "Rahat internet"


Bürünc-GForce Grey (Qazaxıstan)


İş: "Stəkan altlığı"


Gümüş-Havas Worldwide Kazakhstan (Qazaxıstan)


İş: "Ağ ayı nəsli"


Nominasiya-"İfanın peşəkarlığı"


Bürünc-Red Creative Agency (Qazaxıstan)


İş: "Reseptlər"


Bürünc-Apex Consult (Qazaxıstan)


İş: "Kartlar, pullar və 3 ayı"


Bürünc-GForce Grey (Qazaxıstan)


İş: 2012 Avropa futbol çempionatının reklam çarxı


Bürünc- "Miqyas" agentliyi (Qazaxıstan)


İş: "Qadın əlləri"


Bürünc-Red Creative Agency (Qazaxıstan)


İş: "Rahat internet"


Bürünc-GForce Grey (Qazaxıstan)


İş: "Stəkan altlığı"


Qızıl-Crea Young & Rubicam (Qazaxıstan)


İş: "Jasa möcüzələri artırır"


Qızıl-GForce Grey (Qazaxıstan)


İş: "Vışıbalı"


Qızıl-Openeyes DDB (Qazaxıstan)


İş: "Təravət naminə"



8. Qran-Pri Red Jolbors Fest-GForce Grey (Qazaxıstan)



İş: "Vışıbalı" reklam çarxı



9. Festivalın agentliyi - GForce Grey (Qazaxıstan)



Red Jolbors Fest festivalının təşkilatçıları: VB internet redaksiyası, Namba Media reklam agentliyi, Sun People yaradıcı birliyi



General portnyorlar-Coca-Cola Bishkek Bottlers. Rəsmi portnyorlar- beynəlxalq mobil operator Beeline, "Kumtor" layihəsi, "Həyat otel. Digər partnyorlar-AdAsia, GOOD!, "НТС" teleradio şirkəti, McCann Almaty agentliyi, Communications.kz, Yvision, CA-News, PR.uz, Facemark.az, #ONE MAGAZINE, "Arbuz" reklam agentliyi, loft "Sex", CityLab, Tazabek, ASIA-Plus informasiya agentliyi, biznes saytı Kommersant.uz. Texniki portnyor- ZAO SAIMA TELECOM.



Qeyd etmək istərdik ki, Facemark.az saytı "Red Jolbors Fest" tədbirinin rəsmi media partnyorudur.