20-21 fevral 2014-cü il tarixində Bakıda keçiriləcək "Decade" konfransı Xəzər və Qara dəniz regionlarında biznesin inkişafına həlledici təsiri göstərəcək neftqaz sektorunun Upstream-istiqaməti üçün ən son tendensiyalara yönəldilmişdir. Bençmarkinq sessiyası bu regionlarda biznesin idarə edilməsinin əsas xüsusiyyətlərini aşkar edəcək.
Biznes-görüşdə JointVenture-da vahid biznes-strategiyanın hazırlanması, milli və şəxsi şirkətlər üçün iş spesifikaları, aparıcı neft və qaz çıxartma kəşfiyyatı kimi unikal biznes keyslər təqdim ediləcək.
Şirkətlərin əsas strateji istiqamətləri üzrə nümayişlərdən başqa, həmçinin Xəzər və Qara dəniz regionlarının müxtəlif ölkələrində transfert qiymətləndirməsiylə, vergi tutulması və risk-idarəetməylə bağlı suallara baxılacaq.
İnteraktiv formatda "sual-cavab" müzakirə edən məsələlər: "İnzibati baryerlərin öhdəsindən necə gəlmək olar? Yaranan riskləri necə azaltmaq və müəyyən etmək olar? Biznes-strategiyanı və planlaşdırmanı necə təşkil etmək və səmərələşdirmək olar?"
Görüşdə Xəzər və Qara dəniz regionlarının, həmçinin Avropa ölkələrindən spikerlərin və ekspertlərin strategiya, planlaşdırma və təqdim edilmiş regionlarda neft çıxartma kəşfiyyatının və qaz inkişafı üzrə təkmilləşdirilmiş biznes-modellər əyani olaraq nümayiş olunacaq.
Tədbirdə iştirakçılara yeni partnyorlar tapmaq, peşəkar əlaqələri qurmaq, xarici kolleqalarla mövcud olan işgüzar əlaqələri möhkəmləndirmək və canlı ünsiyyət formatında ən aktual məsələləri müzakirə etmək imkanı yaradılacaq.
Bu tədbirdə Siz:
- Artıq mövcud olan biznes-strategiyanı obyektiv qiymətləndirmək
- Biznes-strategiyaların ən yaxşı nümunələriylə tanış olmaq
- Avtomatlaşdırmanın və texnologiya innovasiyalarının tətbiqinin ən yeni nümunələrinə baxmaq
- Regionda biznes inkişafı üçün yeni alətləri açmaq
- Müxtəlif ölkələrdə vergi tutmanın əsas risklərini təhlil etmək
- İnzibati baryerlərin öhdəsindən gəlmək
- Açıq müzakirələrdə və dəyirmi masalarda fəal iştirak etmək
Tədbirin auditoriya:
- Strategiya üzrə vitse-prezidentlər
- Biznesin inkişafı üzrə menecerlər
- Biznes-planlaşdırmanın rəhbərləri
- Risk-menecmentin rəhbərləri
- Biznes-Analitiklər
- Maliyyə direktorları
- Business Development Managers
- Strategiya üzrə məsləhətçilər
- Regional menecerlər
- Vergi departamentlərinin rəhbərləri
Şirkətlərdən:
- Neftqaz sektorunun Upstream-şirkətləri
- Neft-servis şirkətləri
- Hüquq şirkətləri
- Konsultantlar
Qeyd etmək istərdik ki, Facemark.az "UPSTREAM-BUSINESS DEVELOPMENT FOR THE CASPIAN AND BLACK SEA REGION" tədbirinin media partnyorudur.