24 sentyabr 2013-cü il tarixində Marketing One şirkətinin dəvəti ilə müasir marketinq məktəbinin banilərindən biri olan Cek Traut Moskvaya səfər edəcək. İdeyaları oğurlamağa imkan vermədən, öz layihələri necə tanıtmaq, onları necə təbliğ etmək olar? Cek Traut bu suala cavab tapan dünyaca məşhur marketinq mütəxəssisi və mövqeləşdirmə (positioning) konsepsiyasının müəlliflərindən biridir. O, həmçinin işgüzar ədəbiyyat və konsultinq klassiki kimi də tanınır.


Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "ДЖЕК ТРАУТ в МОСКВЕ!" tədbirinin də media partnyorudur.