Forum çərçivəsində yeni inkişaf səviyyəsinə çıxan holdinq strukturları və şirkətlər üçün ən əhəmiyyətli və ən aktual məsələlərə baxılacaq.




- Mərkəzləşdirilmiş xəzinəni düzgün təşkil etmək istəyirsiniz?


- Holdinq strukturunun daxilində vasitələrin bölgüsünün monitorinqini aparmaq istəyirsiniz?


- Maliyələşmə proseslərini tənzimləmək və optimallaşdırmaq istəyirsiniz?




Əgər bütün bu məsələlərə cavabınız müsbətdirsə, o zaman biz Sizləri 19-20 sentyabr 2013-cü il tarixində Bakıda keçiriləcək "KORPORATİV XƏZİNƏDARLARIN BEYNƏLXALQ FORUMUNA" dəvət edirik.




2013-cü ilin bu tədbirində iştirak etməyiniz üçün 6 səbəb:



1. Diqqətlə seçilmiş məqsədli auditoriya


2. Strateji innovasiyalar, ən yaxşı təcrübələr və ekspertlərin rəyi


3. Xəzinədə son tendensiyaların icmalı


4. Konfrans bütün sənayelərin, miqyasların və coğrafi mövqelərin şirkətləri üçün aktualdır


5. Bütün spikerlər Avropa, Rusiya və MDB ölkələrinin böyük şirkətlərindən nümayəndələridir


6. Açıq müzakirələr üçün ən müasir platforma. Sizi maraqlandıran heç bir məsələ cavabsız qalmayacaq!



Siz forumda iştirak etməyi planlaşdırırsınız? O halda Bakıda keçiriləcək tədbirimizə qoşulun!




Forum çərçivəsində Rusiyadan, Ukraynadan və MDB ölkələrindən məruzəçilər mərkəzləşdirilmiş korporativ xəzinənin təşkilatında öz təcrübələriylə bölüşəcəklər. Banklar öz növbəsində, yeni bank məhsullarının optimallaşdırılması və idarə olunma prosesləri barədə danışacaqlar. Yeni və unikal "KORPORATİV XƏZİNƏDARLARIN BEYNƏLXALQ FORUM" tədbiri sizə partnyorlar tapmağa, xarici kolleqalarla münasibət yaratmağa və peşəkar mövzular haqda müzakirələr aparmağa imkan yaradacaq.




Tədbirdəki imkanlar:




- Mərkəzləşdirilmiş xəzinə təşkil etmək


- Valyuta risklərini peşəkar səviyyədə qiymətləndirməyi öyrənmək


- Yeni bank məhsullarını təhlil etmək


- İdarə etmə üçün yeni və effektiv alətlər tapmaq


- Şirkət və ya holdinq strukturu çərçivəsində maliyələşmə yaratmaq


- Açıq müzakirələrdə və interaktiv "workshop"lar-da iştirak etmək



Tədbirin auditoriyası:



- Maliyyə direktorları



- Xəzinənin müdirləri


- Xəzinədarlar


- Maliyyə kontrollerləri


- Maliyyə menecerləri


- Risk - menecerləri


- Maliyyə analitikləri


- Keş menecerləri



Qeyd edək ki, Facemark.az "МЕЖДУНАРОДНЫЙ ФОРУМ КОРПОРАТИВНЫХ КАЗНАЧЕЕВ" tədbirinin də media partnyoru oldu.